Qaynar xətt:

(+99450) 247 90 86

Xəritələr cızıldı,plan hazırlandı - Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri hazır vəziyyətdə

Xəritələr cızıldı,plan hazırlandı - Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri hazır vəziyyətdə

HƏRBİ

1099

12.11.2018, 15:51

Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib. KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.