Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2156
29.04.2021, 20:57
Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri İkinci Qarabağ müharibəsində əsas rol oynadı və Ermənistan ordusunun silahlanmasında yer alan əsas artilleriya vasitələrini məhv elədi.
Oxu24.com xəbər verir ki, bunu Ermənistan ordusunun artilleriyaçısı Tiqran Danielyan "Senzor" Ukrayna nəşrinə deyir. O, bildirir ki, Ermənistan ordusunun silahlanmasında onun əsas “kozır”ı hesab edilən uzaqvuran artilleriya var idi. 2A36 “Qiatsint-B” qaubitsaları Qarabağın bütün ərazisini, İran sərhədinə qədər və sərhədin yaxınlığında yerləşən, Azərbaycan ordusunun əsas zərbəni yönəltdiyi Cəbrayıl şəhərini atəş altında saxlaya bilərdi. Danielyanın fikrincə, bununla müharibənin gedişatını dəyişdirmək olardı.
Lakin Azərbaycan ordusunun tətbiq etdiyi “Bayraktar”lar erməni ordusuna artilleriyanın imkanlarından tam istifadə etməyə imkan verməyib. Danielyan bildirir ki, məhz “Qiatsint” qaubitsaları “Bayraktar”ların əsas hədəfi idi və onlara praktiki olaraq daim zərbələr endirilirdi.
Danielyan Hollandiyanın “Oryx” nəşrinin internetdə dərc edilmiş videolara əsasən tərtib etdiyi statistikadan sitat gətirir. Orada bildirilir ki, “Bayraktar”lar ən azı 12 “Qiatsint” qaubitsasını məhv edib.
Cəmi döyüşlərdə isə Ermənistan ordusu 320-dən çox artilleriya silahı itirib, onların əksəriyyətinə məhz PUA-lar zərbə endirib. Bu da Danielyana görə, məğlubiyyətin əsas səbəblərindən biridir. Çünki uzaqvuran artilleriya olmadan Ermənistan ordusu layiqli müqavimət göstərə bilməzdi.
“Qiatsint” Rusiyanın və bir çox keçmiş sovet respublikalarının ordularının silahlanmasında yer alan əsas artilleriya silahıdır. 152 millimetrlik mərmilərlə 30 kilometrdən çox məsafəyə atəş açır. Yedəyə alınan “Qiatsint” qaubitsalarının ağırlığı 10 tondan çoxdur.
14:15 / 12 Noyabr 2026
42
14:04 / 12 Noyabr 2026
180
13:59 / 12 Noyabr 2026
165
13:55 / 12 Noyabr 2026
68
13:45 / 12 Noyabr 2026
130
13:36 / 12 Noyabr 2026
164
13:29 / 12 Noyabr 2026
78
13:21 / 12 Noyabr 2026
84
13:20 / 12 Noyabr 2026
119
13:18 / 12 Noyabr 2026
334
13:16 / 12 Noyabr 2026
114
13:07 / 12 Noyabr 2026
331
13:04 / 12 Noyabr 2026
74
13:00 / 12 Noyabr 2026
75
12:40 / 12 Noyabr 2026
76
12:25 / 12 Noyabr 2026
108
12:05 / 12 Noyabr 2026
112
11:55 / 12 Noyabr 2026
114
11:50 / 12 Noyabr 2026
127
11:36 / 12 Noyabr 2026
108
11:35 / 12 Noyabr 2026
114
11:34 / 12 Noyabr 2026
167
11:31 / 12 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.