Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4839
az

"Səhərə yaxın birdən önümüzdəki postda dəhşətli səs-küy eşidildi"- Aprel döyüşləri ilə bağlı zabitdən açıqlama

11:4429 Avqust, 2018
3314
HƏRBİ
  • A
 “Sərhəddə xidmət aparmaq tamam fərqlidir. Burada hər zaman ermənilərin dünya ictimaiyyətini çaşdırmaq üçün, təxribatları olur. Həmin təxribatı anında dəyərləndirmək lazımdır”.

“Bizim Füzuli, Goranboy, Tərtər istiqamətindəki əməliyyatlarımız zamanı, səhərə yaxın birdən önümüzdəki postda dəhşətli səs-küy eşidildi. Xeyli əsəbləşdikdən sonra deyilən sözləri hələ də xatırlayıram və heç bir zaman unutmayacağam. "Turki gama", "Turki gama". Düşmən qorxu və təşviş içində hər an bizim hücumumuzu gözləyirdi”.

Gecədən yağan yağış, onsuz da keçilməsi çətin olan dolaylarda hərəkəti bir az da çətinləşdirmişdi. Keçilməz yolların fatehi sayılan UAZ-dan düşüb, qalan məsafəni ayaqla gedəsi olduq. Növbədə duran əsgər komandiri çağırmaq üçün, çapar göndərdi. Az sonra postdan çıxıb bizə doğru irəlilədi. Nə qədər yorğun olsa da bunu bizə hiss etdirməməyə çalışırdı.

Deyəsən yorğunsunuz? dedim.

Qollarını yana açaraq, gülümsəyib, əsl Azərbaycan ordusunun zabitinə uyğun bir cavab verdi:

- Bu Vətən torpağının məsuliyyət yükünü çiynində daşıyan əsgər yorulmaz. Gəlin bir əsgər çayı için (Gülümsəyir).


Aqil Hüseynov Azərbaycan ordusunun zabitidir. Özünün bildirdiyinə görə, təhsil aldığı illərdə qarşısına bir çox sahələrdə daha çox gəlir gətirəcək şanslar çıxıb. Lakin, o daha şərəfli olanı, daha çox məsuliyyət yükü olan Azərbaycan ordusunun zabiti olmaq şərəfini üstün tutub.

- Komandir, Azərbaycan-Ermənistan sərhəddində ümumi vəziyyət necədir? Qarabağ bölgəsindəki kimi, təmas xəttində də hər gün şahidi olduğumuz atəşkəs rejimi tez-tez pozulurmu?

- Əlbəttə, ermənilərin xisləti zatən hamıya bəllidir. Onlar həmişə öz xislətlərini büruzə verirlər. Amma, Ermənistanla olan sərhədlərimizdə xidmət aparmaq tamam fərqlidir. Burada pozulan atəşkəs zamanı daim sayıqlıq nümayiş etdirmək lazımdır. Çünki hər zaman ermənilər dünya ictimaiyyətini çaşdırmaq üçün planlaşdırdıqları təxribatlara məhz sərhəd bölgələrində daha çox cəhd edirlər. Həmin təxribatı anında dəyərləndirmək lazımdır. Bilirsiniz, burada ermənilər törətdikləri təxribatlar üçün, yollar axtarır. Burada düşmənin təxribatı planlaşdırılan kimi getsə, ermənilər bundan əsas olaraq beynəlxalq qurumlara çıxar ki, guya biz dövlət sərhəddində provakasiyalar yaradırıq.


- Bu gün gənclərimiz arasında hərbi xidmətə maraq daha çoxdur. Relyefi çətin olan şəraitdə xidmət aparan əsgərlərimiz ilk xidmət vaxtlarında çətinlik hiss etmirlər ki?

- Burada xidmət edən əsgərlərdə qürur hissini duymaq o qədər də çətin deyil. Bir əsgərin daha da vətənpərvər olması üşün, əlbəttə ki, hərbi xidmət əsas məktəbdir. Azərbaycan bizim doğma yurdumuz, elimiz obamızdır. Dövlətimizi qorumaq hər birimizin borcudur. Təbii ki, bir əsgərin daha da vərənpərvər olması və xidmətini qüsursuz aparması üçün, biz komandir heyətinin üzərinə də böyük məsuliyyət düşür.

Hər bir komandir əsgərini çox istəyir. Təbii ki, komandir əsgərinin bütün narahatlıqlarını bilməli və ona qarşı sayqılı olmalıdır. Çox şükürlər olsun ki, bu gün Azərbaycan ordusunda, bu cür qarşılıqlı hörmət var. Əsgər xidmətə gələndən sonra xidmətə tez adaptasiya olunur. Təbii ki, gənc əsgərin xidmətə alışmasında əsgər yoldaşları və komandirindən gördüyü mehribançılıq da mühüm rol oynayır. Əgər əvvəllər əsgər xidmətə ilk gələndə xidmətinin başa çatmasını düşünürdüsə, indi tamam fərqli bir abu-hava var. Xidmətə gələn əsgər, hətta elə olur ki, məzuniyyətə belə getmək istəmir. Qalıb xidmətini davam etdirmək istəyir.


- Qeyd etdiniz ki, ermənilər sərhəd zonalarında daha çox təxribatlara əl atırlar. Ümumiyyətlə, bu cür təxribatlarda ermənilər əsasən nəyi hədəf götürürlər?

- Öncə qeyd etdiyim kimi, sərhəddə xidmət aparmaq tamam fərqlidir. Burada hər zaman ermənilərin dünya ictimaiyyətini çaşdırmaq üçün təxribatları olur. Həmin təxribatı anında dəyərləndirmək lazımdır. Ermənilər daim təxribatlar törətmək üçün, müxtəlif yollar axtarırlar. Bundan beynəlxalq təşkilatları aldatmaq üçün daim alət kimi istifadə edirlər. Amma komandir heyətinin daim ayıq-sayıqlığı və vəziyyəti düzgün qiymətləndirməsi ermənilərin xəyallarını suya salır. Düşmənin daim bu cür iyrənc planlarının şahidi olan əsgərlərimiz, vətənin qorunmasında onların üzərinə nə qədər məsuliyyətli bir vəzifə düşdüyünü dərk edirlər. Bura dövlət sərhəddidir axı...

- Bu cür təxribatların qarşısını alarkən düşmən tərəfdə nələri müşahidə edirsiniz?

- Təkcə düşmən tərəfdəmi? (Gülür). Bilirsiniz, bizim əsgərlərdə olan Qarabağ, torpaqlarımızın bütövlüyü, Vətənimizin toxunulmazlığı sevgisi söz yox ki, erməni əsgərində ola bilməz. Siz bir bilsəniz ki, düşmənin göz görə-görə məğlub olması, hələ onların məğlubiyyətində əsgərlərimizin Vətən qarşısında olan xidməti borclarının qatqısı, üstəgəl qarşısı alınan təxribatlardan sonra düşmən səngərində baş verən çaxnaşmalar, “dedovşina” və s. hallar bizim əsgərlərdə nə qədər ruh yüksəlkliyi yaradır... Burada olan əsgərlərimiz yalnız bir amalla xidmətə gəlirlər. Vətənə xidmət, düşmənə nifrət, ən əsası sərhədlərimizi göz qırpmadan yağı düşməndəın qorumaq. Bütün əsgələrimizin, komandirlərimizin bir amalı, bir istəyi var. Ali Baş Komandanın "İrəli" əmrini eşitmək.


- Az öncə düşmən tərəfdə olan “dedovşina” məsələsinə toxundunuz. Müşahidələrinizdə ən yadda qalan məqamları bizimlə bölüşə bilərdinizmi?

- Əlbəttə, sevə-sevə. Onların postunda vaxtaşırı qışrıtı səsləri eşidilir. Təhlikəszilik tədbirlərini gözləməklə müşahidələrimizi aparırıq. Onlar da ən çox postlarda axşam növbələrinin dəyişməsi zamanı baş verir. Birdən möhkəm qışqır-bağır səsi eşidilir. Verdiyi əmrlərdən komandir olmasını müəyyən etmək o qədər də çətin deyil. Əsgərləri söyür, açıq-aşkar təhqir edir. Hətta, bəzən döyülən əsgərlərin səngərdən çıxıb qaçdığını belə görürük. Bir neçə dəfə qaçan əsgərin geri qayıtmadığını görüb, onu arxadan güllələdikləri hallar belə olub.

- Aprel döyüşləri zamanı bu istiqamətdə nə müşahidə etdiniz? Hansısa bir canlanma, hərəkətlilik gözə dəyirdimi?

- Kaş ki, həmin vaxtlar burada olub baş verənləri gözlərinizlə görərdiniz. Əvvəllər, hansısa bir istiqamətdə bizim əsgərlər onlardan birini məhv edəndə bu istiqamətlərdə həm mövqelərimiz, həm də kəndlərimiz atəşə tutulurdu. Amma aprel hadisələri zamanı, elə bil əllərinə silah almağa belə qorxurdular. Bizim Füzuli, Goranboy, Tərtər istiqamətindəki əməliyyatlarımız zamanı, səhərə yaxın birdən önümüzdəki postda dəhşətli səs-küy eşidildi. Xeyli əsəbləşdikdən sonra deyilən sözləri hələ də xatırlayıram və heç bir zaman unutmayacağam. "Turki gama", "Turki gama". Düşmən qorxu və təşviş içində hər an bizim hücumumuzu gözləyirdi. (Mənbə: ordu.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sərhədimizi pozan  erməni  helikopteri  vuruldu, ATƏT  səksəkəyə ,Ermənistan  tələyə düşdü +VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ