Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir - VİDEO
14 Noyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2076
17.01.2021, 21:10
“Evlə danışanda bir dəfə də yoruldum, qorxdum, bezdim demədi. Həmişə deyirdi ki, Azərbaycanın hər bir qarışı bizim vətənimizdir, onu da qorumalıyıq, borcumuzdur”.
Lerikin Kornədi kəndində doğulub boya-başa çatmışdı şəhid gizir Cəlal Ağayev. Ailənin ilk övlad payı idi Cəlal. Mərd, vətənpərvər, ailəcanlı olan 36 yaşlı qəhrəmanımız hərb yolunu özü seçmişdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir ixtisas və hazırlıq kurslarını uğurla bitirmişdi.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ömrünün 17 ilini hərbiyə həsr edən Cəlal əvvəl 7 il Goranboyda tank komandiri olur, sonra Tərtərə ezam olunur. Bu müddət ərzində 13 fəxri fərman, “Silahlı Qüvvələrimizin 90-95-100 illiyi” yubiley medalları və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunur.
Atası Ağaverdi Ağayevin sözlərinə görə, Aprel döyüşlərində böyük şücaətlər göstərir. 4 il sonra isə Cəlal Ağayevin səbirsizliklə gözlədiyi an çatır - Vətən Müharibəsi başlayır: “O, Vətən Müharibəsi başlanan ilk gündən birinci olaraq öz tankını düşmən üzərinə sürdürdü. O, tank komandiri deyildi, mexanik vəzifəsində taqım komandirinin müavini idi, amma buna baxmayaraq, birinci tanka oturdu, hücuma keçdi. Sentyabrın 27-də Ağdərə istiqamətində şücaətləri olub, döyüş yoldaşlarının dediyinə görə, ilk şəhidi də döyüş bölgəsindən çıxaran o, olub”.
Cəlal Ağayev müharibənin ilk günündə çiynindən qəlpə yarası alsa da, buna əhəmiyyət vermir, Vətənə olan sevgisi onu yenidən döyüşə aparır. Sentyabrın 29-da Ağdərə istiqamətində qeyri-bərabər döyüşdə mühasirəyə düşür və qəhrəmancasına şəhid olur.
Həyat yoldaşı Gülnarə Ağayevanın sözlərinə görə, şəhidimiz hərbi sirləri heç vaxt evdə danışmazmış. Müharibə başlayanda da Tərtərdə məskunlaşan ailəsini heç yerə göndərməyib. Çünki ailəsinin ona yaxın olmasını istəyirdi: “Axırıncı danışığı ayın 28-i axşam oldu. İki dəfə yığdı məni. Ancaq mənə dedi ki, Sadiq qorxur? Dedim, yox, qorxmur, fikir eləməsin. Özüm də tez-tez onu yığmırdım ki, narahat olmasın da, işdədir. Fikri uşaqlardaydı, ancaq mənə demədi ki, sən get. Mən ona o sualı verə bilmirdim ki, mən Bakıyamı, rayonamı gedim? Görürdüm ki, pis olur. 29-u şəhid oldu, yaxında olsam da, ona əlim çatmadı. Yarım saatlıq yolu mən özümü ona çatdıra bilmədim. Ağdərə Tərtərə yaxın rayondur. Ancaq mən şəhid olsaydım, Cəlal özünü mənə çatdırardı. Mən çatdıra bilmədim, mənim gücüm bu qədər idi”.
Cəlal şəhid olmamışdan 3 gün əvvəl iki dəfə evə gəlir. Elə ailəsini də sonuncu dəfə onda görür: “Mənə dedi, niyə ağlayırsan? Dedim, heç nə. Mən bilmirdim o, evə qayıdacaq. Orada bizi qucaqladı. Dedi, özünüzdən muğayat olun, məndən narahat olmayın. Erməni kimdir ki, mən ona qan verim. Onları mən Xankəndiyə qədər qovacağam”.
Şəhidin qızı Nazənin Ağayeva isə atası ilə qürur duyur: “O, həmişə deyərdi, mən Xankəndini alacağam, qardaşım Sadiqi oranın polis rəisi edəcəyəm. O, həmişə qardaşımla mənim oxumağımı çox istəyirdi və bizim əlaçı olmağımızı da. Mən onun arzusunu yerinə yetirəcəyəm, oxuyacağam, əlaçı olacağam və onun adına layiqli bir övlad olacağam. Onu çox istəyirəm, həmişə onunla fəxr etmişəm və edəcəyəm!”
Heç şübhəmiz yoxdur ki, Nazənin və Sadiq layiqli övlad olacaqlar və qəhrəman atalarının arzusunu gerçəkləşdirəcəklər.
Qeyd edək ki, şəhid gizir Cəlal Ağayev ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.