Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğandan KRİTİK AÇIQLAMA: "Sülhməramlıların mövcudluğu olmadan..."

Ərdoğandan KRİTİK AÇIQLAMA: \\\"Sülhməramlıların mövcudluğu olmadan...\\\"

HƏRBİ

6061

14.01.2021, 09:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

OXU24.COM  xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi Türkiyə Prezident Administrasiyasına istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə söhbətində Ankaranın regionda sabitliyin və sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu vurğulayıb.

"Türkiyə Prezidenti qeyd edib ki, Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır. Bu məqsədə nail olmaq Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha bütün dünyaya göstərəcək", - deyə Ərdoğan bildirib.