İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
898
14.10.2020, 08:50
İşğalçı erməni ordusu daha 17 hərbçisinin öldürüldüyünü etiraf edib.
HİT.Az xəbər verir ki, Ermənistan tərəfi məhv edilən hərbçilərinin siyahısını açıqlayıb. Bu son 12 saatda erməni tərəfinin rəsmi şəkildə açıqladığı 113 itkidir.
Qeyd edək ki, humanitar atəşkəsi pozan ermənilər itirdikləri mövqeləri geri qaytarmağa cəhd göstərərək əks-həmləyə keçirlər. Hər dəfə böyük itkilər verərək geri çəkilməyə məcbur olurlar.
Azərbaycan Müdafiə Nazirliyinin bu gün səhər açıqladığı rəsmi məlumata görə isə ermənilərin canlı qüvvə itkisi bundan daha çoxdur.
Belə ki:
- gecə boyu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib;
- 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınaraq məhv edilib;
- Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.
Onu da əlavə edək ki, ənənəvi qaydada ermənilər Ermənistandan gəlib Qarabağda xidmət edən hərbçilərin adlarını açıqlayırlar.
Bir qayda olaraq Qarabağda yerləşdirilmiş hərbi birləşmələrdə qulluq edən Qarabağın separatçı sakinləri və xaricdən gələrək işğalçı ordunun tərkibində döyüşən terrorçuların ölümü haqda rəsmi olaraq heç bir məlumat verilmir.
Ermənilərin son açıqladıqladıqları rəsmi 17 itkinin - məhv edilən erməni hərbçilərinin adlarını və təvəllüdlərini təqdim edirik:
Qaregin Artuş Yeranosyanoviç - 1982
Hambardzumyan Hakob Smbatoviç - 1996
Xaçatryan Hrayr Surik - 1981
Arthur Norik Minasyan - 1981
Avetisyan Xaçik Loni - 1981
Canoyan Melik Zorik -1993
Dadoyan Marat Zohrak -2002
Oçinyan Arman Ararat - 1999
Harutyunyan Qaqik Qaqikoviç -2001
Karapetyan Karen Movses -2001
Mesropyan Arqişti Saşa -2000
Qhoghas Samvel Poqosyan -1990
Tsatryan Karen Seryozha -1977
Narek Vaçaqan Ovannisyan -1992
Qrigoryan Xazhak Formik -1973
Karapetyan Vardan Frunzi -1984
Torosyan Radik -1967
10:08 / 23 May 2026
1
01:03 / 23 May 2026
222
00:16 / 23 May 2026
415
00:09 / 23 May 2026
337
00:06 / 23 May 2026
195
00:04 / 23 May 2026
142
00:00 / 23 May 2026
390
23:49 / 22 May 2026
145
23:45 / 22 May 2026
490
23:43 / 22 May 2026
326
23:38 / 22 May 2026
233
23:30 / 22 May 2026
239
23:30 / 22 May 2026
134
23:19 / 22 May 2026
153
23:18 / 22 May 2026
173
23:14 / 22 May 2026
186
23:02 / 22 May 2026
657
22:56 / 22 May 2026
124
22:56 / 22 May 2026
130
22:52 / 22 May 2026
267
22:47 / 22 May 2026
120
22:40 / 22 May 2026
288
22:34 / 22 May 2026
1179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.