İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
776
13.10.2020, 19:47
Erməni silahlılarının Gəncədə törətdiyi terrordan zərər çəkənlərdən biri də 5 yaşlı Bəxtiyar Heydərlidir.
Oxu24.com xəbər verir ki, B.Heydərli həmin gecə atılan raket zərbəsi zamanı yatmış vəziyyətdə olub və dağıntılar altında qalaraq ciddi xəsarətlər alıb.
Atası Elnur Heydərov həmin gecənin qorxunc olduğunu bildirib:
“Yatdığımız yerdə ev başımıza uçdu, tez durduq və uşaqları götürdük. Onlar qorxmuşdular. Oğlum yaralanmışdı. Hazırda ailə üzvlərim yaxşıdır. Allah qonşularıma rəhmət eləsin. Cavan ailələrin başçıları rəhmətə getdi, körpə uşaqlar yetim qaldı. Allah əsgərlərimizin və Prezidentimizin canını sağ eləsin. Biz qorxmuruq və öz Vətənimizi qoruyuruq. Balamla fəxr edirəm ki, onun üzündəki təbəssümü şəhid olan generalımız Polad Həşimovla birlikdə qoyublar. İkisi də gülərüzdür. Oğlumla qürur duyuram. Qələbə bizimlədir, Qarabağı düşməndən alacağıq. Allah erməniyə lənət eləsin. Bəxtiyarın gülümsəməyi o deməkdir ki, biz qələbə çalacağıq. Ey ermənilər, siz heç kimsiniz. Vətən bizimdir, biz haqq yolundayıq, haqq yolunda və öz torpaqlarımız uğrunda döyüşürük. Bizə heç kimin artıq torpağı lazım deyil. Öz vətənimiz, torpağımız bizə yetər. Biz hərbçilərimizlə fəxr edirik. Hər gün onları fikirləşir, onlardan danışırıq”.
Lalə Heydərova isə hadisənin gecə saat 01:55-də baş verdiyini söyləyib:
“Aynalar və hər şey üstümüzə töküldü. Uşaqlarla birlikdə yatmışdıq. Atəş səsləri gəlirdi, uşaqları yanıma yığmışdım ki, qorxmasınlar. Həqiqətən, qorxmadılar. Mən çox bəxtiyar anayam ki, Azərbaycan dövlətində Bəxtiyar kimi oğullar böyüyür. Allah başda Prezidentimiz olmaqla, dövlətimizə, xalqımıza can sağlığı versin. Bəxtiyar heç nədən qorxmadı, bizi dağıntılar altında çıxardanda dedi ki, mən qorxmuram, sən də qorxma. Dedi ki, bacımı qoruyuram. Bəxtiyarın başı çapılmışdı, burnu qanamışdı, qulağı ikiyə bölünmüşdü. Bəxtiyar qorxmurdu, çünki biz qorxmaz millətik. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”
10:08 / 23 May 2026
1
01:03 / 23 May 2026
222
00:16 / 23 May 2026
415
00:09 / 23 May 2026
337
00:06 / 23 May 2026
195
00:04 / 23 May 2026
142
00:00 / 23 May 2026
390
23:49 / 22 May 2026
145
23:45 / 22 May 2026
490
23:43 / 22 May 2026
326
23:38 / 22 May 2026
233
23:30 / 22 May 2026
239
23:30 / 22 May 2026
134
23:19 / 22 May 2026
153
23:18 / 22 May 2026
173
23:14 / 22 May 2026
186
23:02 / 22 May 2026
657
22:56 / 22 May 2026
124
22:56 / 22 May 2026
130
22:52 / 22 May 2026
267
22:47 / 22 May 2026
120
22:40 / 22 May 2026
288
22:34 / 22 May 2026
1179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.