İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1214
13.10.2020, 18:30
“Ermənilər mülki əhaliyə atəş açaraq, xalqın inamını sarsıtmaq istəyirlər. Bu səbəbdəndir ki, ilk gündən etibarən yaşayış məntəqələrimizi artilleriya vasitələrilə atəşə tuturlar”.
Oxu24.com xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov mülki əhaliyə atəş açılması barədə danışarkən bildirib.
O qeyd edib ki, çətin vəziyyətə düşən düşmən öz raketlərini döyüşlər getməyən Gəncəyə, Mingəçevirə buraxıb:
“Belə hadisələrlə ruh yüksəkliyini sarsıtmaq istəsələr də, bacara bilmədilər. Sözsüz ki, Müdafiə Nazirliyi tərəfindən tədbirlər görülür, atəş vasitələri aşkarlanaraq məhv edilir”.
Hərbi ekspertin sözlərinə görə, heç bir dövlətdə yaşayış məntəqələrinə atəş açılmır:
“Ermənistan ordusu humanizmdən, insani keyfiyyətlərdən xəbəri olmadığı üçün bunu edir. Onlar da inanmırlar ki, Azərbaycan ordusu bu atəşlərlə sarsıla. İstənilən halda Ermənistan ordusu cəzasını alır və alacaq”.
Y.Aydəmirov atəşkəs elan olunmasına da münasibət bildirib:
“Ermənilər bir neçə dövlət rəhbərinə yalvardı və humanitar atəşkəsin elan edilməsinə nail oldu. Atəşkəs elan olunmasının digər səbəbi döyüş bölgəsində, işğaldan azad etdiyimiz torpaqlarda Ermənistan ordusunun çox sayda itkisinin olması ilə əlaqədardır. Erməni hərbçilərin meyitləri kifayət qədər çox olduğu üçün iylənir və müəyyən xəstəliklərin yaranma ehtimalı var. Yaxşı olar ki, onlar leşlərilə məşğul olsunlar. Çünki atəşkəs dövründə Azərbaycan Ordusuna atəş açmaqla panik yaratmağı və ruh yüksəkliyini aşağı salmağı bacarmayacaqlar”.
01:03 / 23 May 2026
207
00:16 / 23 May 2026
315
00:09 / 23 May 2026
255
00:06 / 23 May 2026
177
00:04 / 23 May 2026
123
00:00 / 23 May 2026
326
23:49 / 22 May 2026
133
23:45 / 22 May 2026
415
23:43 / 22 May 2026
259
23:38 / 22 May 2026
195
23:30 / 22 May 2026
220
23:30 / 22 May 2026
124
23:19 / 22 May 2026
143
23:18 / 22 May 2026
159
23:14 / 22 May 2026
168
23:02 / 22 May 2026
505
22:56 / 22 May 2026
115
22:56 / 22 May 2026
119
22:52 / 22 May 2026
233
22:47 / 22 May 2026
111
22:40 / 22 May 2026
269
22:34 / 22 May 2026
1072
22:16 / 22 May 2026
300
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.