Azərbaycan hərbçiləri "EFES-2026"da gəminin ələ keçirilməsi tapşırığını icra edib
18 May 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
10813
18.08.2020, 18:33
"Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlərdən sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi mövzusu ictimai gündəmə gəldi. Bir çox digər mövzular kimi, təəssüf ki, sosial şəbəkədə "geosiyasi xətt” üzrə bölünməyə daha bir səbəb oldu. Ümumiyyətlə, bölünməyə bəndik, sanki bölünmə üçün bəhanə axtarırıq”.
"MediaPost”un məlumatına görə, bunu hərbi icmalçı Nazim Bayram deyib.
Ekspertin fikrincə, "bazalar olsun, ya olmasın” çox nəzəri və hazırkı - istər qanunvericiliyimiz və aparılan siyasi kurs, istərsə indiki geosiyasi şəraitdə hipotetik məsələdir:
"Buna görə bölücülüyə dəyməz. "Qaşınmayan yerdən qan çıxardanlar" millətin birliyini görməyə gözü olmayan aramızdakı "qarnı qurdlular” və milləti bölmək üzərində xüsusi işləyən, xaricdən tapşırıq alanlardır. Bazaların yerləşdirilməsinin siyasi tərəflərinə keçməzdən əvvəl deməliyəm ki, dövlətimin müstəqilliyi haqqında ülvi təsəvvürümə görə, ölkəmizdə heç bir daimi xarici hərbi baza yerləşdirilməməlidir. Bu, mənim şəxsi və milli ləyaqət hissimdən gələn daxili inamımdır”.
N. Bayram bildirib ki, indiki vəziyyətdə Ermənistan Naxçıvanı təhdid etsə, bu halda Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər:
"Türkiyəyə gəldikdə, 1921-ci il Rusiyanın da imzaladığı və qüvvədə olan Qars müqaviləsinə uyğun, Türkiyə Naxçıvanın (Azərbaycandan başqa) üçüncü tərəfə verilməyəcəyinin zaminidir. Ermənistan Naxçıvanı təhdid etsə, Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər. Türkiyə Cümhuriyyətinin Naxçıvanın təhlükəsizliyinə zamin olması Azərbaycan üçün əslində artıq böyük üstünlük və böyük yüngüllükdür. Türkiyənin daimi hərbi bazası Azərbaycanda yerləşdirilsə, bu, təhlükəsizliyimizi möhkəmləndirməyin əksinə, ölkəmizi daha bir Rusiya-Türkiyə, Rusiya-NATO geosiyasi qarşıdurması zolağına çevirə bilər. Ona görə düşünmürəm ki, Azərbaycan iqtidarı mövcud regional qayğılarını nəhənglərin qlobal qarşıdurma predmeti etməklə, həllinə nal ola biləcəyinə ümid eləsin”.
"Biz "iki nəfərə qarşı tək” idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi”
"İstək və arzuları kənara qoyub, gerçəyi gerçək faktorlarla qiymətləndirsək, Türkiyənin regiona məxsusluğu və indiki statusu, Azərbaycanla 2010-cu ildə imzaladığı hərbi tərəfdaşlıq sazişindən irəli gələn hüquqi baza və bizə hərtərəfli arxa durması Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etməyə kifayətdir. Bu potensialın hələ yarısı belə, gerçəkləşməyib, ancaq regionda xeyrimizə olan yeni düzəni artıq yaratmaqdadır. Yeni düzənin mənası budur ki, indiyə kimi Ermənistanın arxasında Rusiya dayanmışdı və biz "iki nəfərə qarşı tək” idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi və təbii ki, bəyanatların ünvanı Rusiyadır - "sən qarışsan, mən də qarışacağam”.
Rusiya münaqişəyə hərbi müdaxilə etsə, Türkiyə də edəcək. Başqa regionlarda olduğu kimi, Putin inanır ki, Ərdoğan bunu edəcək. Bununla, Türkiyə Rusiya üçün çəkindirici rol oynayır. Bu isə o deməkdir ki, Azərbaycanın Ermənistanla təkbətək döyüşməsinə şərait yaranıb. Türkiyə qardaşlığını bu cür edir. İndi söz bizimdir” - deyə, hərbi icmalçı bildirib.
17:50 / 19 May 2026
11
17:49 / 19 May 2026
10
17:30 / 19 May 2026
20
17:25 / 19 May 2026
24
17:05 / 19 May 2026
44
16:57 / 19 May 2026
50
16:44 / 19 May 2026
51
16:39 / 19 May 2026
83
16:38 / 19 May 2026
39
16:36 / 19 May 2026
48
16:35 / 19 May 2026
46
16:30 / 19 May 2026
127
16:21 / 19 May 2026
523
16:20 / 19 May 2026
49
16:18 / 19 May 2026
154
16:11 / 19 May 2026
89
16:07 / 19 May 2026
55
15:57 / 19 May 2026
441
15:52 / 19 May 2026
102
15:51 / 19 May 2026
47
15:44 / 19 May 2026
54
15:39 / 19 May 2026
225
15:36 / 19 May 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.