Azərbaycan hərbçiləri "EFES-2026"da dənizdən sahilə hücum tapşırığını icra ediblər
16 May 2026, 11:42
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
11648
29.07.2020, 18:43
Bu gün Türkiyə və Azərbaycan ordusunun birgə genişmiqyaslı hərbi təlimlərinə start verilib.
Oxu24.com xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, eləcə də hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Bu təlimlər Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun keçirilir. Lakin təlimlərin son dövrlər bölgədə baş verənlər, xüsusilə Tovuz döyüşlərindən sonraya təsadüf etməsi diqqət çəkir.
Ən maraqlı məqam hərmi təlimlərin keçirildiyi tarixdir: 29 iyul – 10 avaqust.
100 il öncə - 1920-ci ilin 10 avqustunda Osmanlı imperiyasının torpaqlarının bölüşdürüldüyü Sevr müqaviləsi imzalandı.
Müqavilənin 88-93 maddələrində Osmanlının Ermənistan respublikasını tanıması, Türkiyə torpaqları olan Trabzon, Ərzurum, Van və Bitlis əyalətlərinin Ermənistana verilməsi yer alırdı.
I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur “14 bənd” tezisinin müəllifi olan ABŞ prezidenti Vudro Vilson “yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamışdı. Əvəzində, kağız üzərində də olsa “böyük Ermənistan” yaradılmışdı. Atatürkün Qurtuluş savaşı bu planları pozdu, 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevri sıradan çıxardı.
Lakin 100 ildir ermənilər Sevrin nostaljisi ilə yaşayır, “böyük Ermənistan” xəyallarının gerçəkləşməsi üçün hər şeyə əl atırlar. Hətta son bir ildə Ermənistan mediası beynəlxalq güclərə xatırlatmaq üçün Sevr müqaviləsini geniş şəkildə təbliğ edir.
Azərbaycan-Türkiyə hərbi təlimlərinin avqustun 10-da – Sevrin 100 illiyində bitdiyinə tarix kontekstindən baxsaq, bunu ermənilərə və onların arxasındakı güclərə (həm bölgədə, həm də Qərb yarımkürəsində) “Bakı və Ankara ittifaqı regionda əsas gücdür və bu güc ermənilərin ərazi iddialarının gerçəkləşməsinə imkan verməyəcək” mesajı kimi qiymətləndirmək olar.
Mövzu ilə bağlı ekspert Əvəz Həəsnovun şərhini təqdim edirik:
19:32 / 17 May 2026
1
19:27 / 17 May 2026
18
19:12 / 17 May 2026
257
19:02 / 17 May 2026
44
19:00 / 17 May 2026
40
18:43 / 17 May 2026
141
18:41 / 17 May 2026
51
18:39 / 17 May 2026
53
18:37 / 17 May 2026
49
18:35 / 17 May 2026
48
17:32 / 17 May 2026
142
17:28 / 17 May 2026
63
17:27 / 17 May 2026
63
17:25 / 17 May 2026
71
17:16 / 17 May 2026
383
17:14 / 17 May 2026
61
17:11 / 17 May 2026
70
17:08 / 17 May 2026
66
17:07 / 17 May 2026
63
17:05 / 17 May 2026
72
15:14 / 17 May 2026
73
15:00 / 17 May 2026
72
14:45 / 17 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.