Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ermənilər hərbçilərimizi atəşə tutdu: Ordumuz hərəkətə keçdi

SON DƏQİQƏ! Ermənilər hərbçilərimizi atəşə tutdu: Ordumuz hərəkətə keçdi

HƏRBİ

6593

27.03.2020, 12:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.