Azərbaycan Ordusunda texniki təminat güclənir: Yeni müəssisələr hansı imkanları yaradacaq?
03 Noyabr 2026, 18:49
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
446
15.10.2026, 18:27
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Oxu24.com xəbər verir ki, bu barədə SOMDA məlumat yayıb.
Bildirilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək, boyu 1.85 m və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Bakı və Sumqayıt şəhərlərində, respublikanın Abşeron, Hacıqabul, Ucar, Zərdab, Ağdaş, Göyçay, Goranboy, Yevlax, Bərdə və Şəmkir rayonlarında qeydiyyatda olmaqla yaşayan, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd olunub ki, həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bəzi hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək.
Agentliyə xidmətə qəbul üçün fiziki hazırlıq üzrə nəzərdə tutulan minimal normativlər:
1. 100 m. məsafəyə qaçış - 14 saniyə;
2. 1000 m. məsafəyə qaçış - 4 dəqiqə;
3. Turnikdə dartınma - 12 dəfə.
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə [email protected] imeyl ünvanına SOMDA-nın Kadrlar Baş İdarəsinə göndərməlidirlər.
Yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur.
Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur.
Ətraflı məlumat almaq üçün bu nömrələrlə əlaqə saxlaya bilərsiniz: (+99412) 435-45-39, (+99412) 435-45-46.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.