Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
16 İyun 2026, 19:48
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
140
17.06.2026, 12:32
Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib. Regionun hərbi-siyasi mənzərəsində mühüm çəkiyə malik olan bu təlimlər, üç qonşu və tərəfdaş dövlətin xüsusi təyinatlı bölmələrinin böhran vəziyyətlərində birgə fəaliyyət imkanlarını genişləndirmək, hərbi koordinasiyanı ən yüksək səviyyəyə çatdırmaq məqsədi daşıyır. Strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyinin qorunması və mümkün təhdidlərin birgə dəf edilməsi baxımından “Qafqaz Qartalı” növbəti dəfə Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı olduğunu nümayiş etdirir. Azərbaycan Ordusunun, xüsusilə də döyüş təcrübəsi ilə dünya hərbi elmində yeniliklərə imza atmış xüsusi təyinatlılarımızın bu cür beynəlxalq platformalarda iştirakı, ordumuzun peşəkarlıq dinamikasını daha da artırır və regionda yeni güc balansını şərtləndirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Emin Həsənli regional hərbi əməkdaşlığın və Azərbaycan Ordusunun hazırkı inkişaf mərhələsinin əhəmiyyətini geniş şəkildə şərh edib.
Hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti bu gün ən müasir standartlara cavab verir. Ekspert ordumuzun bu səviyyəyə real döyüş meydanında gəldiyini vurğulayıb:
“Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı var və ordumuz bu hazırlığı real müharibə şəraitində, döyüş meydanında tam sübut edib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, həmçinin cəmi bir gün çəkən uğurlu antiterror tədbirləri Azərbaycan Ordusunun nə dərəcədə yüksək peşəkarlığa və çevikliyə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Ən son müharibə təcrübələrindən birini məhz Azərbaycan yaşadığı üçün, ordumuzun bu yüksək hazırlığı hər kəsin gözü önündədir. Bu gün Azərbaycan özünün bu zəngin və unikal döyüş hazırlığı təcrübəsini tərəfdaş və qardaş ölkələrlə aktiv şəkildə bölüşür”.
Emin Həsənli təlimlərin əsas hərəkətverici qüvvəsi olan xüsusi təyinatlı bölmələrin imkanlarına toxunaraq, Türkiyə və Azərbaycan hərbi elitasının gücünü xüsusi qeyd edib:
“Qardaş Türkiyə Cümhuriyyətinin ordusu bu gün qlobal miqyasda ən yüksək hazırlıqlı və güclü ordulardan biri hesab olunur. Xüsusilə Türkiyənin xüsusi təyinatlıları və quru qoşunları hərbi potensialına, döyüş imkanlarına görə dünya reytinqində ilk üçlükdə yer tutur. Sevindirici və qürurverici haldır ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları da onlardan geri qalmır. Bizim xüsusi təyinatlı bölmələrimiz qatıldıqları bütün beynəlxalq təlimlərdə, dünya səviyyəli hərbi proqramlarda hər zaman ən yüksək yerləri tutaraq öz sözlərini deyirlər”.
Təlimin siyasi və strateji tərəflərini analiz edən ekspert, Bakı-Ankara-Tbilisi xəttinin region üçün əhəmiyyətindən də danışıb:
“Azərbaycan, Türkiyə və Gürcüstan bir-birinə sıx tellərlə bağlı olan üç müttəfiq ölkədir. Azərbaycan ilə Türkiyə arasında isə münasibətlər ən yüksək səviyyədədir—iki ölkə arasında sarsılmaz strateji müttəfiqlik əlaqələri mövcuddur.
Məhz bu baxımdan, “Qafqaz Qartalı” kimi birgə hərbi təlimlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu təlimlər, ilk növbədə, hər üç ölkənin hərbi qurumlarının birgə, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərmək bacarığını ortaq şəkildə ortaya qoyur. Digər tərəfdən, gələcəkdə regionumuzda və ya qlobal miqyasda hər hansı bir təhlükə, təhdid yaranarsa, bu təhdidlərə qarşı birgə mübarizə aparmaq, çiyin-çiyinə dayana bilmək üçün bu cür praktiki hazırlıqlar olduqca önəmlidir və mühüm baza rolunu oynayır”,-deyə ekspert fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
16:30 / 17 İyun 2026
9
16:25 / 17 İyun 2026
22
16:24 / 17 İyun 2026
22
16:23 / 17 İyun 2026
102
16:11 / 17 İyun 2026
40
16:04 / 17 İyun 2026
242
16:00 / 17 İyun 2026
78
15:59 / 17 İyun 2026
69
15:54 / 17 İyun 2026
306
15:42 / 17 İyun 2026
382
15:37 / 17 İyun 2026
76
15:37 / 17 İyun 2026
86
15:32 / 17 İyun 2026
233
15:26 / 17 İyun 2026
73
15:22 / 17 İyun 2026
57
15:21 / 17 İyun 2026
75
15:13 / 17 İyun 2026
598
14:52 / 17 İyun 2026
356
14:15 / 17 İyun 2026
165
14:15 / 17 İyun 2026
540
13:55 / 17 İyun 2026
97
13:45 / 17 İyun 2026
80
13:37 / 17 İyun 2026
363
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.