Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

HƏRBİ

908

10.07.2019, 12:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Femida.az \"İnterfaks\"a istinadən xəbər verir.
\"Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək\", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bununla yanaşı, V.Gerasimov Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır. Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşüb.