"Bordo Bereliler” Türkiyənin göz bəbəyi sayılır. Bu gün dünyada ən yenilməz döyüş qruplarından sayılan bu hərbçilər haqqında bir sıra inanılmaz həqiqətlər mövcuddur.Bu hərbçilər ən çətin hərbi əməliyyatlara rahatca girib uğurla çıxa bilirlər. “Bordo Bereliler” ən böyük dövlət məmurlarının mühafizəsini də icra edirlər. Onlar suda, quruda, şəhərdə və kənddə, istənilən şəraitdə hərbi əməliyyat keçirə bilmək qabiliyyətinə sahibdirlər.
“Bordo Bereliler” dünyanın ən güclü hərbçiləri sırasındadır. 2004-cü ildə Almaniyada keçirilən hərbi yarışlarda xüsusi təyinatlılar arasında dünya birincisi seçilmişdilər. Ölkədaxili və ölkəxarici əməliyyatlar üçün təlim keçən hərbçilər 3 hissədən ibarət 47 cür fərqli dərslər keçirlər. Bu hərbçilər tam olaraq “Bordo Bereli” adını almaq üçün 3 il 6 ay təlim keçirlər.
{banner_reklam}
“Bordo berelilər” kimlərdir?
Dünya ordularının gücünü bir çox hallarda mobil qruplar şəklində olan xüsusi təyinatlı qüvvələr müəyyən edir. Xüsusi təyinatlı qüvvələrin peşəkarlığı istər müharibələrdə, istərsə də xüsusi əməliyyatlarda böyük əhəmiyyət kəsb edir.
Xüsusi Qüvvələr Komandirliyi, yaxud da “bordo berelilər” (xalq arasında belə adlanır) daxili və xarici təhdidlərin aradan qaldırılması üçün hər cür coğrafi və iqlim şərtlərində qarşıya qoyulan vəzifələri yerinə yetirən, xüsusi olaraq yetişdirilən xüsusi birliklərə verilən addır. “Bordo berelilər” 1992-ci ildə Briqada səviyyəsində qurulub. “Bordo berelilər” birbaşa Türkiyə Silahlı Qüvvələri Baş qərargah başçılığına tabe olaraq vəzifələrini yerinə yetirir. “Bordo berelilər” eyni zamanda yüksək vəzifəli dövlət rəsmilərinin də mühafizəsini təşkil edirlər. Onların kimliyi gizli saxlanılır.
Günün digər xəbərləri: Bakıda gənc oğlan bacısının iş yoldaşını öldürdü - İNANILMAZ HADİSƏ
Dəhşətli görüntü! İlan özünü belə yedi+VİDEO
Məscidə namaz qılmağa gedən hicablı qız təcavüzə uğradı-FOTO+VİDEO
Hansı hazırlıq mərhələlərindən keçirlər?
“Bordo berelilər” bütün döyüş taktikalarına yiyələnir və demək olar ki, bütün silah növlərindən istifadə etməyi öyrənirlər. Onlar təxminən 3-4 il müddət davam edən ağır təlimlərdən keçir, təxminən 70-80 sınaqla üzləşirlər.
“Bordo berelilər”in əsas xüsusiyyətləri aşağıdakılardır:
- Könüllülük əsasında seçilirlər
- Ölkə daxilində 72 həftəlik ilkin kurslarda iştirak edirlər
- Daha sonra ixtisas sahəsinə görə, 10-52 həftə davam edən ölkə daxilində və xaricdə ixtisas təhsili alırlar
“Bordo berelilər” ilkin kurslarda əlbəyaxa döyüş, uzaq məsafəli kəşfiyyat patrulu və düşmən tərəfinə sızma kimi təlimlərdə iştirak edirlər. İxtisas kurslarında isə düşmənin silah və sursatların məhv edilməsi, yüngül və ağır silahlar üzrə mütəxəssislik, kəşfiyyat mütəxəssisliyi, xəbərləşmə kursları və psixoloji hərəkat kurslarından keçirlər. Bütün ixtisaslara yiyələnən “bordo berelilər” yaxşı paraşütçü olur və müxtəlif xarici dillərdə danışa bilirlər.
Yanında anasının başını kəssələr belə...
“Bordo berelilər” illərlə PKK və bir çox terror təşkilatına qan uddurur. PKK-nın mağaralarından birindəki yazı da onların terror təşkilatı üçün necə qorxulu olduğunu göstərir.
“Əgər bir əsgər sizi gördüyü zaman dayanmadan atəş açırsa, bilin ki, o, təcrübəsizdir. Gülləsinin qurtarmasını gözləyin. Gülləsi qurtaranda gedin və başından vurun. Əgər sizi yalnız gördüyü zaman atəş açırsa, gizləndiyiniz zaman atəşi saxlayırsa, o, bir komandodur. Qaçın və canınızı xilas edin. Əgər sizi gördüyü zaman ortadan yox olubsa və ətrafda səssizlik varsa, bilin ki o, “bordo bereli”dir. Sizi mütləq tapacaq”,- PKK-nın xəbərdarlığında deyilir.
Onlar dünya ölkələrinin xüsusi təyinatlı qüvvələri arasında keçirilən yarışlardan həmişə medallarla qayıdıblar. Dünyanın ən güclü xüsusi təyinatlılarından biri hesab olunan “bordo berelilər” hətta Birləşmiş Ştatların iki əsas anti-terror qrupundan biri sayılan “Delta Force”dən daha güclü hesab olunur. “Ölüm maşını” adlanan “bordo bereliler” NATO-nun 8 böyük ölkəsinin 26 müxtəlif xüsusi təyinatlı qrupları arasında keçirilən yarışda ABŞ-ın məşhur “Rangers” və “Delta Force” kimi xüsusi təyinatlıları belə geridə qoyaraq 4 dəfə ardıcıl birinci olublar. Sözügedən yarışlar məhz bunun üçün ləğv edilib.
Almaniya və Fransa kimi Avropanın bir çox ölkələri “boro berelilər”in təlimlərdə istifadə etdiyi üsullardan yararlanmaq üçün Türkiyəyə müraciət edirlər. Amma həmin ölkələrin xüsusi təyinatlılar “bordo berelilər”ə verilən təlimin yalnız 30 faizindən keçirlər.
“Bordo berelilər” üçün xüsusi əməliyyatlarda səssizlik və sürət ən əhəmiyyətli dəyərlərdir. Hərb dilində “K.loja” adlanan kilidi “Delta Force” da daxil olmaqla dünyanın ən güclü xüsusi təyinatlıları 10,13 saniyədə açdığı halda, “bordo berelilər” üçün maksimum 7 saniyə kifayət edir.
“Bordo berelilər”in tərkibinə daxil olmaq Türkiyə ordusundakı bir çox əsgərin arzusudur. Ancaq bu hamının bacara biləcəyi bir iş deyil. Yüksək fiziki hazırlıqdan əlavə psixoloji dözümlülük “bordo berelilər” üçün önəmli şərtdir. “Bordo berelilər” övladını, ata-anasını belə yox saya bilərlər, yanında ailəsinin üzvlərinin başlarını kəssələr belə bunu əhəmiyyətli hesab etməzlər. Komandirləri “məni vurun!” desələr ikinci əmri gözləmədən atəş açarlar. Bir sözlər, ən ağır şərtlər məhz “bordo berelilər” üçündür.
“Bordo berelilər”dən tarixi əməliyyatlar
“Çəkic əməliyyatı” “bordo berelilər”in iştirak etdiyi ən böyük əməliyyat sayılır. “Çəkic əməliyyatı” 1997-ci ilin may ayında başlayan və Türk Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı həyata keçirdiyi əməliyyatdır. Əməliyyatda 200 minə yaxın hərbçi iştirak edib.
Heç şübhəsiz ki, PKK-nın lideri Abdulla Öcalanın Keniyadan tutularaq Türkiyəyə gətirilməsi “bordo berelilərin” şərəfli tarixində mühüm yer tutur. Bu hadisə 1999-cu il fevralın 6-da baş verib. PKK-nın liderlərindən olan Şemdin Sakık da Şimali İraqdan “bordo berelilər” tərəfindən gətirilib.
2011-ci ilin oktyabrında Türkiyə ordusunun 10 min əsgərlə Şimali İraqda PKK-ya qarşı keçirdiyi əməliyyatda “bordo berelilər” yaxından iştirak edib.
Şimali İraqda PKK-ya qarşı 2012-ci ilin noyabrında keçirilən quru əməliyyatlarda da “bordo berelilər” iştirak edib.
Suriyada yerləşən Süleyman Şah Türbəsinin Türkiyə sərhədlərinə yaxın əraziyə köçürülməsi isə “bordo beretlilər”in yaddaqalan əməliyyatlarındandır. 2015-ci ilin fevralında 38 “bordo bereli” Türkiyə sərhədindən 200 kilometr uzaqlıqda yerləşən Süleyman Şah Türbəsini cəmi 9 saat davam edən və çox gizli şəkildə həyata keçirilən əməliyyatla köçürə bildi.
Oxu24.com
ŞƏRHLƏR