Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
620
05.09.2025, 21:39
Xəbər verdiyimiz kimi, Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirləndirilən Bayram Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb və o, 1 il 9 ay 3 gün müddətində azadlıqdan məhrum edilib.
Maraqlıdır, hansı hallarda yaşı hərbi xidmətə yararlı hesab olunan şəxslər bu cür cəza ilə qarşılaşa bilər?
Oxu24.com xəbər verir ki, "Yeni Sabah" məsələni hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edib.
"Deməli, orada məlumatda bir yanlışlıq var. Yanlışlıq ondan ibarətdir ki, başlığa çıxarıblar ki, bu adam məhkəmə zalında həbs olunub. Əgər məlumatı diqqətlə oxumusunuzsa, bu, verilən apeliyyatçı şikayətidir. Apeliyyatçı şikayəti Şəki Rayon Məhkəməsinin hökmündən verilən şikayətdir və o, istintaq dönəmində həbs olunmur. Şəki Rayon Məhkəməsinin hökmü ilə Bayram Məlikov bir il, doqquz ay, üç gün müddətinə azadlıqdan məhrum edilir və istintaq dövründə ona başqa yerə getməmək haqqında verilmiş iltizam ləğv olunub, yəni məhkəmə zalında həbs olunub", - deyə ekspert bildirib.
O, məsələ barədə fikirlərinə belə davam edib:
"Bizdə bəzən məlumatı o qədər qeyri-dəqiq oxuyurlar ki, insanlar apeliyyatçı şikayətin verildiyini başa düşmürlər. Apellyasiya məhkəməsində hərbi xidmətə çağırışdan yayınmaqda ittiham olunan Bayram Məlikovun ad və soyadını şərti yazıblar, və mən bunu başa düşə bilmirəm. Bu adam 2004-cü il təvəllüdlüdür və artıq 21 yaşı var, çağırış yaşı isə 18-dir.
Həmçinin oxuyun
2022-ci ildə təyin olunmuş məntəqəyə gəlməyib. Hərbi xidmətdən deyil, toplantılardan sonra əskəri xidmətə gəlməyib. Toplantıya gəlməməsi çağırışdan qəsdən yayınmaq hesab olunub və buna görə cəza təyin edilib. Peşəkar baxışla bu məsələdə suallar çoxdur. 21 yaşına qədər ali təhsil alıb, amma niyə hərbi xidmətə getməyib? 18 yaşında getməli olduğu halda, niyə getməyib?"
Ü.Cəfərov onu da əlavə edib ki, cəzanın yarısı çəkilmiş hesab edilə bilər:
"Yazılıb ki, hərbi xidmətə yararlıdır hesab olunub, amma 2022-ci ildə çağırış vərəqəsi ilə müəyyən hərbi hissəyə göndərilməsi təyin edilib. Yaşı artıq çağırışa çatmışdı. Toplantıdan yayındığı üçün bu cəza verilib. Ona görə də hərbi xidmətə getməkdən boyun qaçırma maddəsi tətbiq olunub. Burada vətənə xəyanət və ya ağır hərbi maddələr tətbiq olunmayıb. Ümumilikdə, bir il, doqquz ay, üç gün azadlıqdan məhrumetmə cəzası verilib. 2025-ci il aprel ayında verilmiş hökm olduğuna görə, cəzanın yarısı faktiki olaraq çəkilmiş hesab edilə bilər.
Bəzi insanlar bunu yanlış anlamaqla "məhkəmə zalında həbs olundu" kimi pafosla təqdim edirlər. Mən tərəfdarıyam ki, hər bir kişi cinsindən olan vətəndaş konstitusiyaya əsasən öz borcunu yerinə yetirməlidir. Heç bir halda səfərbərlik və dövlət xidmətindən yayınmamalıdır.
Mənim yanaşmam belədir ki, bu məsələdə ciddi qaydalar tətbiq olunmalıdır və çağırışdan yayınmaq halları ciddi şəkildə cəzalandırılmalıdır".
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.