Murovdağda yaralanan QAZİ: "Təhsilini aldığım hərbi bilikləri real döyüşdə tətbiq etdim" - MÜSAHİBƏ
13 Oktyabr 2026, 20:44
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1765
27.08.2025, 15:33
Bu gün şəhid Aqil Mirzəliyevin doğum günüdür.
Oxu24.com xatrıldaır ki, yaşasaydı,26 yaşı olacaqdı.
Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub.
2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olmuşdu.
2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Aqil Mirzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 05.11.2021-ci il tarixdə 3-cü dərəcəli "Rəşadət" ordeni, 15.12.2020-ci il tarixdə "Vətən uğrunda" medalı (ölümündən sonra), 25.12.2020-ci il tarixdə "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra), 29.12.2020-ci il tarixdə "Kəlbəcərin azad oluunmasına görə" medalı, 25.12.2020-ci il tarixdə "Füzulinin azad olunmasına görə" medalı, 07.11.2021-ci il tarixdə "Cəsur döyüşçü" medalı (ölümündən sonra) ilə təltif edilmişdir.
21:38 / 14 Oktyabr 2026
17
21:34 / 14 Oktyabr 2026
23
21:28 / 14 Oktyabr 2026
26
21:25 / 14 Oktyabr 2026
25
21:19 / 14 Oktyabr 2026
39
21:13 / 14 Oktyabr 2026
47
21:08 / 14 Oktyabr 2026
48
20:56 / 14 Oktyabr 2026
60
20:55 / 14 Oktyabr 2026
67
20:50 / 14 Oktyabr 2026
176
20:47 / 14 Oktyabr 2026
67
20:44 / 14 Oktyabr 2026
57
20:33 / 14 Oktyabr 2026
86
20:23 / 14 Oktyabr 2026
59
20:15 / 14 Oktyabr 2026
674
19:57 / 14 Oktyabr 2026
81
19:56 / 14 Oktyabr 2026
66
19:53 / 14 Oktyabr 2026
283
19:47 / 14 Oktyabr 2026
102
19:44 / 14 Oktyabr 2026
87
19:31 / 14 Oktyabr 2026
70
19:27 / 14 Oktyabr 2026
358
19:25 / 14 Oktyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.