Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1207
27.08.2025, 11:57
Oxu24.com şəhidləri tanıtmaqda davam edir.
Bu dəfə təqdim etdiyimiz qəhrəman şəhid İmaməli Əhədzadədir.
İmaməli Əhədzadə 24 avqust 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyada təhsil almışdır. Qısa müddət bir neçə mülki işlərdə çalışdıqdan sonra hərbi xidmətə yollanmışdır.
İmaməli Əhədzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2017-ci ildə ordudan tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan İmaməli Əhədzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməli Əhədzadə 28 sentyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Lənkəran rayonunun Şiləvar kəndində dəfn olunmuşdur.
"Onun haqda heç kim burda bir şey paylaşmayıb”. Bu sözləri Lənkərandan şəhidlərindən biri İmaməli Əhədzadənin xalası oğlu Nihad Məmmədov sosial şəbəkədə qeyd edib. O, İmaməlinin uşaqlıqdan hər zaman vətənpərvər olduğunu yazıb:
"Uşaqlıqdan vətənpərvər idi. Nə vaxt baxırdım "Sunqurlar”, "Söz” və s. bu kimi vətənpərvərlik seriallarına baxırdı. Aprel döyüşlərində də olmuşdu. Vətən Müharibəsində ilk hücuma keçən taborda idi. Döyüş zamanı tabordan tək sağ çıxıb və düşmənin yerlərini bilib. 2-ci tabora qoşulur, düşmənin yerlərini deyib və əsgər yoldaşları beləcə yenə də hücuma keçiblər. "
Həmçinin oxuyun
Onun döyüş yoldaşlarından biri danışır:
"Füzulidə çox çətin bir yerdə idi döyüşümüz. İmaməli filmlərdəki kimi çox peşakar döyüşürdü. Gözündə heç qorxu yox idi, hamıdan qabaqda gedirdi. Bir nöqtəyə çatanda nişançılar çıxdı qarşımıza. Snayperlərdən qorunmağa çalışanda əsgər yoldaşımızın biri vuruldu. Snayperə görə çıxa bilməsək də, İmaməli gözünü qırpmadan şahmat üsuluyla qaçaraq düz snayperin üstünə hücum etdi. Biz də o müddətdə yaralı əsgərimizi təhlükəsiz yerə çəkib gətirdik. Amma İmaməli snayper gülləsinə tuş gəldi. Snayperə çox yaxınlaşdığı üçün onlar qaçmağa çalışdılar, ancaq onları vurduq. Güllə İmaməlinin boğazından tutmuşdu, ona görə də ona kömək edə bilmədik. İmaməli snayperin üstünə getməsəydi, bəlkə də xeyli itki verərdik. Düşmən artıq çox qorxmuşdu çünki heç gözünü qırpmadan snayperin üstünə qaçaraq gələn igidimizi görmüşdü”.
İmaməli Əhədzadə 24 yaşında ailə qurmuşdu. Hər kəslə yola getdiyi üçün hamı tərəfindən də daim sevilirdi. Oktyabrın 4-ü vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməli Əhədzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.