Müdafiə Nazirliyindən məlumat YAYDI
16 Oktyabr 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1561
19.08.2025, 11:22
Bu gün Şəhid Vəfadar Quluzadənin doğum günüdür.
Oxu24.com xəbər verir ki, Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açıb.
2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil alıb.
2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olub. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
00:00 / 18 Oktyabr 2026
49
23:59 / 17 Oktyabr 2026
59
23:34 / 17 Oktyabr 2026
61
23:19 / 17 Oktyabr 2026
72
22:59 / 17 Oktyabr 2026
75
22:49 / 17 Oktyabr 2026
93
22:21 / 17 Oktyabr 2026
131
22:12 / 17 Oktyabr 2026
109
22:10 / 17 Oktyabr 2026
89
22:05 / 17 Oktyabr 2026
96
21:57 / 17 Oktyabr 2026
139
21:40 / 17 Oktyabr 2026
155
21:18 / 17 Oktyabr 2026
91
20:39 / 17 Oktyabr 2026
95
20:39 / 17 Oktyabr 2026
140
20:16 / 17 Oktyabr 2026
109
20:03 / 17 Oktyabr 2026
136
20:03 / 17 Oktyabr 2026
1572
19:50 / 17 Oktyabr 2026
103
19:38 / 17 Oktyabr 2026
283
19:38 / 17 Oktyabr 2026
135
19:32 / 17 Oktyabr 2026
979
19:26 / 17 Oktyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.