Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya  Belarusa qırıcılar verib 

Rusiya  Belarusa qırıcılar verib 

HƏRBİ

618

27.05.2025, 17:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus Müdafiə Nazirliyi Rusiyanın Su-30SM2 təyyarələrinin partiyasının respublikaya gətirilməsi barədə məlumat yayıb.

Departament qeyd edib ki, çatdırılma Belarus Respublikası silahlı qüvvələrinin inkişafı və Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq planına uyğun olaraq həyata keçirilib.

Təkmilləşdirilmiş Su-30-lar “Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının aerodromlarından birinə” gəlib”, - nazirlik bildirib.

Mayın əvvəlində Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Andrey Lukyanoviç ilk Su-30SM2 cütünün ayın sonuna qədər gələcəyini açıqlamışdı.

O, qeyd edib ki, bu təkmilləşdirilmiş təyyarələr müasir avionikaya və silahdan istifadə üçün yeni imkanlara malikdir.

Daha sonra ölkənin müdafiə naziri Viktor Xrenin Su-30SM2-nin tezliklə gəlişini təsdiqləyib.

Nigar