Hərbi xidmətə çağırışla bağlı ən çox verilən suala cavab..
22 İyul 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
719
20.05.2025, 14:56
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə səfərbərlik və hərbi xidmətə çağırış, eləcə də ehtiyatda olan şəxsi heyətin qeydiyyatı sahəsində vəziyyətin bu istiqamətdə aparıcı dövlətlərdə görülən işlərlə uyğunlaşdırılması üzrə tədbirlər keçirilir.
Belə ki, qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində bir sıra qanunlara dəyişikliklər edilib. Həmçinin çağırışçılar və hərbi vəzifəlilər özləri haqqında məlumatları vaxtında vermədikdə, möhlətləri olanlar tələb edilən vaxtda xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə gəlmədikdə barələrində İnzibatı Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən tətbiq olunacaq tədbirlər də sərtləşdirilib.
Artıq vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar.
Bununla yanaşı hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət, növbəti müayinə vaxtı və digər məlumatlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi biletdəki məlumatlarla https://e-qanun.az/framework/31791 saytında tanış olmaq mümkündür).
Bəs qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri vardır?
Oxu24.com xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovun sözlərinə görə, əslində hərbi vəzifəlilərin öhdəlikləri onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub.
“Qeyd edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır. Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir. Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır”, - o əlavə edib.
Şöbə rəisi bildirib ki, qanunda edilən dəyişikliklərə görə hərbi uçot, hərbi qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozan vətəndaşlara münasibətdə məsuliyyət tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb.
“2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı hamının “Dəmir yumruq” ətrafında birləşərək Vətənin müdafiəsinə getmək istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş etdirdi. Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında olan münasibətlərin daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, - deyə, P. Sədrəddinov söyləyib.
19:42 / 26 İyul 2026
9
19:09 / 26 İyul 2026
54
19:09 / 26 İyul 2026
60
18:54 / 26 İyul 2026
65
18:53 / 26 İyul 2026
68
18:05 / 26 İyul 2026
70
13:40 / 26 İyul 2026
132
13:25 / 26 İyul 2026
120
12:55 / 26 İyul 2026
195
12:35 / 26 İyul 2026
150
12:30 / 26 İyul 2026
282
12:23 / 26 İyul 2026
1069
12:15 / 26 İyul 2026
143
12:00 / 26 İyul 2026
111
11:35 / 26 İyul 2026
752
11:30 / 26 İyul 2026
152
11:21 / 26 İyul 2026
206
11:13 / 26 İyul 2026
137
11:10 / 26 İyul 2026
101
11:05 / 26 İyul 2026
1426
10:55 / 26 İyul 2026
106
10:47 / 26 İyul 2026
937
10:40 / 26 İyul 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.