Qaynar xətt:

(+99450) 247 90 86

Körfəz ölkələri Qəzzaya 1,6 milyard dollar göndərir

Körfəz ölkələri Qəzzaya 1,6 milyard dollar göndərir

DÜNYA

280

05.12.2023, 17:15

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin liderləri Qəzza zolağının yenidən qurulması üçün əlavə 1,6 milyard dollar ayırmaq niyyətindədirlər.

 

Oxu24.com  xəbər  verir   ki,bu barədə TASS məlumat yayıb.

 

Qeyd olunur ki, bu barədə qərar Şura üzvləri arasında keçirilən sammitdə qəbul edilib.

 

Onlar əlavə 1,646 milyard dollar ayırmağa söz veriblər.

 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Benyamin Netanyahu administrasiyası Qəzza zolağında hərbi əməliyyatlar vasitəsilə siyasi həyatı uzatmağa çalışır, lakin hərbi əməliyyat bütün Yaxın Şərqin təhlükəsizliyini təhdid edir.

 

Onun sözlərinə görə, Ankara Fələstin anklavına humanitar yardımla iki gəmi və iki təyyarə göndərib, həmçinin yaralı və xəstələrin Türkiyə ərazisinə daşınmasını təmin edib.

 

Ərdoğan həmçinin vurğulayıb ki, ölkəsinin prioriteti Qəzzada atəşkəs və iki müstəqil dövlətə əsaslanan davamlı sülhün təmin edilməsidir.

 

Bundan əvvəl Ərdoğan Netanyahunun Qəzza zolağındakı hərəkətlərinə görə mühakimə olunmasını istəyib.

 

Müəllif: Miri