Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentlərlə Fulya Öztürk arasında maraqlı dialoq - VİDEO

DÜNYA

778

29.04.2023, 18:41

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında iştirak ediblər.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, festival sahəsini tərk edərkən iki lider "CNN Türk"ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.

Müsahibə zamanı maraqlı anlar yaşanıb.

Türkiyə lideri Fulyaya, "Bunu namizəd edəcəkdim, aradan itdi. Bir az çalış. Bu, tamamilə millidir", - deyə zarafat edib.

Prezident İlham Əliyev isə, "O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır", - deyib.