Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlıların olduğu gəmi batıb, 6 nəfər ölüb - Hadisə yerindən VİDEO

2019-01/1546864418_2019_-1546861595.jpg

DÜNYA

856

07.01.2019, 16:33

Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun vilayətinin sahilində içərisində azərbaycanlıların da olduğu gəmi batıb.
Azərbaycanın Türkiyədəki Səfirliyindən Femida.az -a bildirilib ki, məsələ diqqət mərkəzindədir. Qeyd olunub ki, ən qısa zamanda gəmidə olan azərbaycanlılarla bağlı səfirliyə ətraflı məlumat veriləcək. Türkiyənin Samsun vilayətinin sahilində yük gəmisinin batması nəticəsində 6 nəfər ölüb. Bu barədə Samsun vilayətinin valisi Osman Kaymak deyib. Onun sözlərinə görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib. Osman Kaymak bildirib ki, ekipajın digər üzvlərinin öldüyü ehtimal edilir: "Hazırda iki nəfərin meyiti tapılıb. Digər şəxslərin axtarışları davam edir". Qeyd edək ki, gəmidə ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşlarıdır.