Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8569
az

Ölümlə bağlı daha bir sirr - ALİMLƏR AÇIQLADI

09:3605 Yanvar, 2019
975
DÜNYA
  • A
Ölümün sirlərini hüceyrə səviyyəsində araşdırmağa çalışan alimlər həyatın bir anda başa çatmadığını, güman edilənin əksinə olaraq daxildə də proses baş verdiyini ortaya çıxarıb. Alimlər nəfəs alıb-verməyin və ürək döyüntüsünün dayanması kimi tanınan ölümdən sonra bədəndəki hər bir hüceyrənin öz ölüm prosesini başladığını kəşf edib.

Nyu-York Universiteti Tibb Fakültəsindən Dr.Sam Parnia konfransdakı çıxışında, "İnsan artıq nəfəs almayanda və ürəyi dayananda ölü qəbul edilir. Əvvəllər bunu dəyişmək üçün heç bir şey edilməyəcəyi düşünülürdü. Halbuki yenidən diriltmə sahəsindəki son hadisələr, adamın ürəyi dayandıqdan bir neçə saat sonra belə, yenidən həyata qaytarmağın mümkün olduğunu göstərdi", - deyə bildirib.

Parnia hüceyrə səviyyəsindəki ölüm prosesinin saatlarla davam etdiyini və geri qaytarılmasının mümkün olduğunu bildirib.


Kolumbiya Universitetinin Nevrologiya Kafedrasının doktoru Ştefan Mayer isə, "əvvəllər ürəyin bütün bədənə qan vurmağı dayandırmasından sonra adamın oksigen və lazımlı qida maddələrinin çatışmazlığı səbəbindən bir neçə dəqiqə ərzində beyin zədələnməsinə məruz qalacağına inanırdılar. Halbuki ürək dayananda, ölüm prosesi hələ yeni başlamış olur. Oksigen və qida maddələrinin yoxluğuna bağlı beyin zədələnməsi də müxtəlif mərhələlərdə yaranır. Ürəyin dayanmasından sonrakı saniyələr ərzində beyin fəallığı bitir, ancaq qidasız qalan hüceyrələrin ölmə prosesinin başlanması bir neçə dəqiqədən sonra olur", - deyə qeyd edib.

Pensilvaniya Universitetindən Dr.Lance Becker, "Bir adamın hüceyrələrinə oksigen getməyəndə, hüceyrələrə artıq ölüm vaxtının gəldiyi xəbərini verən siqnallar göndərilir. Elm bu siqnalları "gözləyin" şəklində dəyişdirmək imkanına malikdir", - deyə qeyd edib.

Beyni və ürəyi saatlarla səssiz qaldıqdan sonra hər hansı bir beyin zədəsinə məruz qalmadan yenidən həyata qayıdan insanlar olduğunu xatırladan Dr.Becker, bu hallarda ən mühüm amilin bədən temperaturunun düşməsi kimi tanınan hipotermiya olduğuna işarə edib.

Hipotermiyanın beynin oksigen ehtiyacını azaldaraq və hüceyrə səviyyəsindəki ölüm prosesini dayandıraraq beyni qoruduğuna işarə edən Becker, "yenə də sərhədlər var. Bədən soyutma texnikaları infarkt keçirən bəzi xəstələrin həyata qayıtmasını təmin etsə də, bəzilərində zədə o qədər böyük olur ki, geri qayıtmaq üçün çox gec olur", - deyə bildirib.

Ölümdən geri qayıtdıqdan, yəni xəstənin ürəyi yenidən işlədikdən sonra necə müalicə edildiyi və hipotermiyadan sonra bədənin necə isidilməsinin də böyük əhəmiyyət daşıdığını qeyd edən Becker, "bizə xəstə oksigensiz qalıbsa oksigen verməyimiz və qan təzyiqi aşağıdırsa yüksəltməyimiz öyrədilir. Amma ürəyin yenidən işlədilməsindən sonra veriləcək böyük miqdarda oksigen nevroloji zədəni artırır. Bu səbəbdən də beyinə gedən oksigenin miqdarına nəzarət etmək, xəstənin yenidən həyata qaytarılmasında böyük əhəmiyyət daşıyır", - deyə vurğulayıb.

Parnia isə infarktdan sonra xəstənin yenidən həyata qaytarılması və müalicə edilməsində hipotermiyanın əhəmiyyətinin illərdir məlum olmasına baxmayaraq, xəstəxanaların hipotermiyadan istifadə etmədiyinə işarə vurub.

Parnia bədən temperaturunun və oksigen miqdarının azaldılması ilə xəstənin hər hansı bir beyin zədəsinə məruz qalmadan həyata qayıtmaq şansının artacağını deyib. Həyata geri qaytarma əməliyyatlarının etik tərəfinə toxunan Mayer, "Beyin zədəsi və ölüm haqqında kifayət qədər məlumata malik deyilik. Xəstənin nə qədər nevroloji ziyana məruz qaldığı və bu ziyanın bərpa edilib edilməyəcəyini də qəti şəkildə müəyyən edə bilmirik. Buna görə də xəstə ilə bağlı veriləcək təxirəsalınmaz qərarlar, əslində davam edə biləcək bir həyatın sona çatmasına səbəb ola bilər", - deyə bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi
Şatdaun olacaqsa... - Trampdan mühüm AÇIQLAMA
Suriya həbsxanalarında istifadə edilən qorxunc alətlər - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ