Qaynar xətt:

(+99450) 247 90 86

İran yeni ilə edamla başladı: 1 nəfəri asdılar, 3 nəfər isə…

2019-01/1546370091_edam.jpg

DÜNYA

1316

01.01.2019, 23:15

\"\"  Güney Azərbaycanın Urmiya şəhərində qətl ittihamı ilə ölümə məhkum olunmuş 1 nəfər edam edilib.
Oxu24.com xəbər verir ki, 5 il əvvəl törəydiyi qətlə görə həbsdə saxlanılan Qoşaçay şəhər sakini, 62 yaşlı müttəhim Zaman Rzayi Urmiya həbsxanasında dara çəkilib. Müttəhim barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə dekabrın 30-da daha 3 məhbusla birlikdə təkadamlıq kameraya köçürülmüşdü. Digər üç müttəhimin ölüm hökmünün icrası isə müxtəlif səbəblərə görə təxirə salınıb.