#Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat mərasimi keçirilib.Gecədə xalq artisti #Aygün Kazımova da iştirak edib. Pop ulduza “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim edilib.
Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli də olub. Lakin Kazımova #Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib.
A. Kazımovaya mükafataı məşhur stilist Önder Tiryaki təqdim edib. Pop ulduz səhnəyə çıxaraq ona səs verən hər kəsə təşəkkürünü bildirib. O, iki dəfə Türkiyədən mükafat gecəsinə namizəd olduğunu, lakin qalib gəlmədiyini qeyd edib. Xalq artisti daha sonra səhnədə “S.U.S” adlı mahnısını səsləndirib.
Bu məqamda bildirək ki, Aygünün qırmızı xalça və səhnə geyimləri üzərində məşhur dizayner Rüfət İsmayıl çalışıb.
Oxu24.com
ŞƏRHLƏR