Qaynar xətt:

(+99450) 247 90 86

Putinin raketə davamlı avtomobili - ŞOK qiymət +VİDEO

2018-12/1543829544_putin-masiin.jpg

DÜNYA

982

03.12.2018, 13:32

Rusiya Prezidenti Vladimir Putinin “Böyük İyirmilik” ölkələri liderlərinin sammiti çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresə öz xidməti avtomobilini apardığı məlum olub.
Oxu24.com  xəbər verir ki, ölkə başçısının Rusiya istehsalı olan Aurus limuzini avtomobil həvəskarlarının diqqətini cəlb edib. Aurus limuzindən ilk dəfə yaz aylarında Finlandiyaya səfəri zamanı istifadə edən Putinin avtomobili ABŞ mətbuatının da marağına səbəb olub. Medianın “Təkərli sığınacaq” adlandırdığı limuzin sosial şəbəkənin də gündəmində idi. Rusiyanın NAMI Avtomatika İnstitutu tərəfindən istehsal edilən limuzin raket və bombaya qarşı tam qorumanı təmin edir. Putin G20 zirvəsinin sonunda diqqəti özünə cəlb edən limuzini barədə danışıb: “Həqiqətən gözəl avtomobildir. Onu təkcə mən bəyənmirəm, bəzi ərəb dostlarım da çox xoşlayır və özləri üçün bu avtomobildən almaq istəyirlər”, - deyə Rusiya prezidenti bildirib.