Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7209
az

Dollar ucuzlaşacaq - PROQNOZ

20:1719 Noyabr, 2018
1244
DÜNYA
  • A
 Dünyanın və ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” gələn ildən ABŞ dollarının ucuzlaşacağını proqnozlaşdırır.

Oxu24.com xəbər verir ki, bankın mütəxəssislərinin fikrincə, ola bilər ki, ABŞ dolları 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində bir qədər yüksəlsin, çünki ən azı Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldıracağı gözlənilir.

Ümumilikdə isə mənfi faktorlar nəticəsində dolların ucuzlaşması ehtimalı daha yüksəkdir. “Goldman Sachs” hesab edir ki, 2019-cu ildə avronun bahalaşması daha çox gözlənilir, lakin burada rol oynayan yeganə mənfi amil İtaliya büdcəsidir. Analitiklər bahalaşmaqda olan funt sterlinqə də diqqət çəkməyi məsləhət görüblər.


Qeyd edilib ki, Latın Amerikası ölkələrinin milli valyutaları 2019-cu ildə inkişaf etməkdə olan digər ölkələrin milli pul vahidlərinə nisbətən daha güclü mövqeyə malik olacaqlar.

“Kanada, Avstraliya və Yeni Zelandiya dollarının, İsveç kronunun və İsrail şekelinin qısa müddətdə dəyər qazanması da mümkündür”, - deyə proqnozda qeyd olunub.

2019-cu il üzrə proqnoz:

Valyuta nisbətləri

3 aylıq proqnoz

6 aylıq proqnoz

EUR/USD

1,12

1,17

GPB/USD

1,32

1,38

AUD/USD

0,75

0,75

NZD/USD

0,70

0,71

USD/CAD

1,27

1,26

USD/JPY

112

110 Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ
İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ