Qaynar xətt:

(+99450) 247 90 86

Qaşıqçı qətlinin təfərrüatı: \"Öldürdüyümüz adamın geyimini geyinmək tükürpərdicidir\" - VİDEO

DÜNYA

1061

19.11.2018, 19:03

 Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçı cinayətinin 11 dəqiqəlik səs yazısının təfərrüatı açıqlanıb. Oxu24.com  türk mətbuatına istinadən xəbər verir ki, səs yazısına əsasən, 2 oktaybr saat 13:14-də konsulluğun A qapısından içəri girən Qaşıqçı onu öldürməyə gələn 15 nəfərlik qrupun 4 üzvü tərəfindən qarşılanıb. Jurnalist içəri daxil olan kimi qrupdan biri onun qolundan tutub. Qaşıqçı isə “qolumu buraxın, nə etdiyinizi sanırsız?” deyərək reaksiya verib. Səs yazısının 4 dəqiqəsində bu 4 nəfərlə Qaşıqçı arasındakı mübahisə yer alıb. Bir mərtəbə yuxarı – C girişində isə heç bir səs qeydə alınmayıb. Bu 11 dəqiqəlik səs yazısından sonra təxminən 1 saat 50 dəqiqə səssizlik olub. Səssizlik ərəfəsində isə Qaçıqçının qətlə yetirildiyi və dublyorun hazırlandığı iddia edilir. Bu səssizliyi pozan ilk səsin  pilləkənlərdən sürətlə enən 3 nəfər səudiyyə səlahiyyətlisinə aid olduğu bildirilir.