UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.
Femida.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanarkən Kosovada Azərbaycan millisini cəmi 1 azarkeş qarşılayıb. Həmyerlimiz tək olmasına baxmayaraq, öz dəstəkyini nümayiş etdirməkdən çəkinməyib.
Xatırladaq ki, hazırda Kosovo paytaxtında qarlı hava şəraiti müşahidə olunur.
Qeyd edək ki, bu gün istirahət edəcək yığma üzvləri noyabrın 19-da Fadil Vokkri adına stadionda məşqə çıxacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Oxu24.com
ŞƏRHLƏR