Filippində dünya gözəllik yarışmasının rəhbəri qadınlara əxlaqsız təklif edib.
“Oxu24.com” xarici KİV-ə istinadən xəbər verir ki, 18-21 yaş arasındakı bir çox qadın sponsor firmanın rəhbərinin onlara cinsi əlaqə qarşılığında birincilik təklif etdiyini söyləyib. Üç qadın bununla bağlı rəsmilərə şikayət etdiklərini, ancaq onların sözlərinə əhəmiyyət verilmədiyini vurğulayıb.
İngiltərəni təmsil edən 21 yaşlı Abbey Giles Broun sponsorun ondan telefon nömrəsini istədiyini və evinə dəvət etdiyini bildirib.
Kanadalı 21 yaşlı Ceymi Vanden Berg isə eyni adamın cinsi əlaqə qarşılığında qalib gəlmək üçün köməklik təklif etdiyini deyib. Oxu24.com
ŞƏRHLƏR