Qaynar xətt:

(+99450) 247 90 86

Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” –VİDEO, FOTO

Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” –VİDEO, FOTO

DÜNYA

1172

10.11.2018, 20:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
 8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva “Charing Cross” polis bölməsində imza verməyə gəlib. Bu zaman o, jurnalistlərin sualını cavablandırmayıb. “Məni tək buraxın”,- deyə o jurnalistlərin sualına cavab verməkdən imtina edib, üzünü də kağız ilə gizlədib.
Musavat.com xəbər verir ki, onu izləyənlər arasında azərbaycanlı jurnalist də olub. Onun da suallarına Zamirə Hacıyeva cavab verməyib. Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.