Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
692
az

Məşhur avtoritetin FACİƏLİ SONU

16:2216 Aprel, 2018
1162
DÜNYA
  • A
 Daha bir tanınmış kriminal avtoritet dünyasını dəyişdi. O, "oğru" dünyası tarixində ilk və yeganə "taclandırılmış" adigeyli idi (Adigey Şimalı Qafqazda bir respublikadır).

Lent.azın xarici KİV-ə istinadən məlumatına görə, Mişka Çerkes kimi tanınan 50 yaşlı Məhəmməd Petov Almaniyada dünyasını dəyişdi. Son illər iflic xəstəliyi ilə əlaqədar güclü təsirlərə malik dərmanlar qəbul etmək məcburiyyətində idi.


Mişka Çerkesi 1993-cü ildə erməni məşəli armavirli oğru Nodar Çtamanetyanın təqdimatı ilə  taclandırılıb. Bu taclandırmanın isə bir məqsədi var idi - armavirli oğrular adigeylilərlə problem yaşamasınlar. Nodar Çtamanetyanın isə bambaşqa planları var idi, o, bununla özünə maliyyə perspektivləri yaradırdı. Bu məsələdə isə iki ciddi maneə yaranmışdı - məşhur rus "oğru"larından Vladimir Volkov (Volçok) və Viktor Beqdaş (Şenok) bu namizədliyə etiraz etmişdilər. Onu da qeyd edək ki, Mişka Çerkes qrup halında təcavüz ittihamı ilə cəza çəkib. Bütün bunlara baxmayaraq onu taclandırırlar.

 

 

 

1994-cü ildə Nodar Çtamanetyan avtoqəzada öləndən sonra isə Armavirdə bütün güc Mişka Çerkesə keçir. Get-gedə isə onun nəzarətində olan ərazilərin əhatəsi böyüyür. Bu isə artıq bir çox "oğru"nun xoşuna gəlmir, əsasən də "Ded Xasan"ın. Buna görə də Mişka Çerkes Dəfələrlə hücumlara məruz qalır. 2003-cü ildə isə onu silahla elə susdururlar ki, birdəfəlik yatağa düşür. Beləliklə, bu aləmdən əlini çəkməyə məcbur olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu