Vətəndaşlara İranı tərk etməyə çağırış edildi
20 Fevral 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1850
06.03.2022, 12:37
Ukrayna Təhlükəsizlik Xidməti Kremlin Ukrayna ilə bağlı planlarını ələ keçirib.
Oxu24.com xəbər verir ki, Bu barədə xidmətin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Qərbi Ukraynada yeni "xalq respublikaları” yaratmaq planlarının üstü açılıb:
"Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, "Ukrayna Federativ Respublikası”na aşağıdakı ərazilər daxil olmalı idi: Lvov, Transkarpatiya, İvano-Frankovsk, Çernivitsi, Ternopil”.
Qeyd olunub ki, məqsəd nizami ordu tərəfindən nəzarətdə saxlanıla bilməyən ərazilərdə Ukrayna hərbçilərinin vəziyyətini sarsıtmaq, silahlı qüvvələri dəstəkdən məhrum etmək olub:
"Ukrayna Təhlükəsizlik Xidməti İvano-Frankovsk vilayətində şəbəkənin təşkilatçısı və əsas fiqurlarını saxlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, qərb və mərkəzi bölgələrdə onlar yarım mindən çox vətən xaini toplamalı idilər.
Silahlı separatçılar əsas təhlükəsizlik qüvvələrini və hökumət rəsmilərini məhv etməli idilər”.
Vurğulanıb ki, Ukrayna Təhlükəsizlik Xidməti təşkilatçının üzərində Ukrayna ordusu, təhlükəsizlik qüvvələri və mülki şəxsləri onlara qoşulmağa çağıran hazır manifestlər tapıb. Bundan başqa, yeni "anklav”ın tanınması tələbi ilə xarici dövlətlərə müraciət də aşkarlanıb.
Həmçinin oxuyun
Hazırda istintaq hərəkətləri aparılır.
Cinayət Məcəlləsinin 109-cu (Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya devirməyə və ya dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər) maddəsinə əsasən, satqın və onun əlaltılarını 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.//Qafqazinfo.az



02:09 / 21 Fevral 2026
60
00:33 / 21 Fevral 2026
89
23:55 / 20 Fevral 2026
73
23:53 / 20 Fevral 2026
85
23:49 / 20 Fevral 2026
168
23:30 / 20 Fevral 2026
79
23:28 / 20 Fevral 2026
92
23:22 / 20 Fevral 2026
81
23:20 / 20 Fevral 2026
79
23:17 / 20 Fevral 2026
81
23:12 / 20 Fevral 2026
78
23:12 / 20 Fevral 2026
108
22:58 / 20 Fevral 2026
167
22:54 / 20 Fevral 2026
3284
22:48 / 20 Fevral 2026
806
22:34 / 20 Fevral 2026
135
22:25 / 20 Fevral 2026
111
22:23 / 20 Fevral 2026
87
22:19 / 20 Fevral 2026
148
22:14 / 20 Fevral 2026
367
22:07 / 20 Fevral 2026
127
22:05 / 20 Fevral 2026
99
21:58 / 20 Fevral 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.