Qaynar xətt:

(+99450) 247 90 86

Nursultan Nazarbayevdən xalqa çağırış: "Birləşin"

Nursultan Nazarbayevdən xalqa çağırış: \\\"Birləşin\\\"

DÜNYA

369

08.01.2022, 12:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Elbası hər kəsi Qazaxıstan Prezidenti ətrafında sıx birləşməyə çağırıb”.

Oxu24.com  xəbər verir ki, bunu ölkənin birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.

"Elbası hazırda Nur-Sultandadır. Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - o vurğulayıb.

Məlumatda bildirilib ki, Nursulatn Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.