Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu - FOTO

Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu - FOTO

KRİMİNAL

1056

14.10.2018, 10:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" 8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb.
BAKU.WS-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev \"Mercedes\" markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb.
Hüseyn Quliyev bildirir ki, oğurlanan maşını Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik edib. 1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb.   Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır. \"\"