Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
594
az

68 zəvvar "kitayski hacı" oldu (FOTO)

21:0413 Aprel, 2018
1679
DÜNYA
  • A
 Türkiyənin Kahramanmaraş rayonunun Elbistan qəsəbəsində həcc ziyarəti üçün turizm şirkətlərindən biri ilə müqavilə bağlayan 68 nəfər müqəddəs torpaqları ziyarət etmək adı ilə yola çıxarılaraq aldadılıblar.

Oxu24.com  haberler.com-a istinadən xəbər verir ki, turizm şirkəti zəvvarları ölkənin Qaziantep və Şanlıurfa şəhərlərini gəzdirdikdən sonra geri gətirib. Avtobusda aldadıldıqlarını anlayan vətəndaşlar Elbistandakı yaxınlarına bu barədə məlumat veriblər.

Turizm şirkətinin zəvvarların hər birindən səfər üçün 690 dollar aldığı məlum olub.

Zəvvar Mehmet Kılıç mətbuata açıqlamasında müqəddəs torpaqlara Kayseri şəhərindən təyyarə ilə yola salınacaqları adı ilə aldadılaraq avtobusa mindirildiklərini deyib:

"Avtobusa mindirildikdən sonra Şanlıurfada Balıklı Gölü gəzdirəcəklərini söylədilər. Amma axşam saatlarında bizi apara bilməyəcəklərini deyib, Elbistana geri gətirdilər. Müqəddəs torpaqlar, Məkkə və Mədinə adı ilə yola çıxdıq, amma Şanlıurfanı gəzib qayıtdıq".

Vətəndaşların şikayəti əsasında avtobus sürücüləri saxlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Terrorçular  hərbçilərə hücum ediblər
Qorbaçov xəstəxanaya yerləşdirilib
ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü