Qaynar xətt:

(+99450) 247 90 86

Hulusi Akar Rusiyadan tələb etdi: Müqaviləyə əməl edin!

Hulusi Akar Rusiyadan tələb etdi: Müqaviləyə əməl edin!

DÜNYA

1388

11.09.2021, 21:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik”.

Redaktor.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. 

Nazir İdlibə hücum nəticəsində Türkiyə ordusunun iki əsgərinin şəhid olmasından söz açaraq deyib: “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular.

Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”.

Qeyd edək ki, bu gün Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Yaşar Güler və Quru Qoşunları Komandanı General Musa Avseverlə birgə Hataya gedərək Suriya ilə sərhəd xəttindəki birlik komandirləri ilə görüş keçirib.