Rusiyanın büdcə kəsiri təxminən 33 faiz artıb
10 Noyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
803
10.09.2021, 22:35
Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın ifa etdiyi "Bəlkə də" mahnısı Ermənistandan olan müğənni Sargis Abrahamyan tərəfindən ifa olunub.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, Vətən müharibəsi dövründə erməni müğənninin oxuduğu mahnının bəstəkarı Pərviz Mahmudov müəllif hüquqları onda olduğu üçün sözügedən klip və ifanı yutubda bloklamağa nail olub. Buna baxmayaraq, oğurluq mahnı bir neçə hesabda yenidən paylaşılıb, bir illik fasilədən sonra isə Abrahamyanın yutub səhifəsində aktivləşib.
P. Mahmudov qafqazinfo-ya açıqlamasında bildirib ki, o, növbəti addım ataraq həmin paylaşımdan əldə olunan gəliri öz hesabına köçürməyi bacarıb.
"Vətən müharibəsi zamanı bu mahnının erməni ifaçı tərəfindən oxunduğunu gördük. Daha sonra Türkiyədə əməkdaşlıq etdiyim "Mesam" şirkətinə müraciət etdim. Bütün digital platformalardan sildirdik. Lakin başqa hesablardan yayımlandı. Mahnının lisenziyası məndə olduğu üçün tam haqq tələbi göndərdim. Bundan sonra o hesabda həmin mahnı üçün toplanan baxışdan əldə olunan gəlir mənim hesabıma oturulacaq",- deyə bəstəkar əlavə edib.
Qeyd edək ki, "Bəlkə də" mahnısı 2008-ci ildə yazılıb və 2009-cu ildə Xalq artisti Röya Ayxan tərəfindən ifa edilib. Bəstə 2010-cu ildə Türkiyədə yenidən aranjeman olunub, müğənninin ifasında bir daha səsləndirilib və milyon baxışı keçən ilk estrada mahnısı kimi qeydə alınıb.
Bəstənin sözləri isə Leyli İsrafilovaya məxsusdur.
23:43 / 10 Noyabr 2026
1
23:39 / 10 Noyabr 2026
11
23:28 / 10 Noyabr 2026
217
23:27 / 10 Noyabr 2026
118
23:17 / 10 Noyabr 2026
361
23:15 / 10 Noyabr 2026
157
23:00 / 10 Noyabr 2026
79
22:58 / 10 Noyabr 2026
92
22:55 / 10 Noyabr 2026
96
22:35 / 10 Noyabr 2026
95
22:30 / 10 Noyabr 2026
258
22:27 / 10 Noyabr 2026
81
22:19 / 10 Noyabr 2026
99
22:04 / 10 Noyabr 2026
169
21:55 / 10 Noyabr 2026
551
21:51 / 10 Noyabr 2026
93
21:49 / 10 Noyabr 2026
214
21:46 / 10 Noyabr 2026
221
21:44 / 10 Noyabr 2026
103
21:40 / 10 Noyabr 2026
104
21:33 / 10 Noyabr 2026
18724
21:19 / 10 Noyabr 2026
115
21:12 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.