Qaynar xətt:

(+99450) 247 90 86

Ronaldo Messini geridə qoydu: rekord məbləğ!

Ronaldo Messini geridə qoydu: rekord məbləğ!

DÜNYA

886

10.09.2021, 20:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


FacebookTelegramWhatsAppMessengerTwitterE-Poçt

Kriştiano Ronaldo daha bir rekorda sahib olub.

Oxu24.com xəbər verir ki, 12 ildən sonra yenidən "Mançester Yunayted"ə qayıdan portuqaliyalı futbolçu bu dəfə forma satışından əldə olunan gəlirlə tarixə keçib. Belə ki, 36 yaşlı futbolçunun "qırmızı şeytanlar"a keçdiyi gündən indiyədək yüzminlərlə forması satılıb. Bu satışlardan əldə olunan gəlir isə nə az, nə çox düz 219 milyon avro təşkil edir.

Kriştiano bu göstəricidə yenicə PSJ-yə transfer edilən həmkarı Lionel Messini geridə qoyub. Argentinalının satılan formalarından əldə edilən gəlir isə 120 milyon avrodur.

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.