Rusiyanın büdcə kəsiri təxminən 33 faiz artıb
10 Noyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
859
09.09.2021, 20:19
"Fransa həqiqətən ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro bağışlamaq niyyətindədirsə, rəsmi Bakının bunu geri çevirməsi düzgün olmaz. Bununla belə rəsmi Parisin bu yardımın müqabilində hansısa bir gözləntisi varsa, təklifi qəbul etmək doğru deyil”.
Bu sözləri Sfera.az-a siyasi analitik Turab Rzayev Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun ölkəsinin ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro bağışlamaq niyyətində olduğuna dair etdiyi paylaşımı şərh edərkən deyib.
Siyasi analitikin sözlərinə görə, Fransa bu və ya başqa formada Cənubi Qafqaz regionuna qayıtmaq istəyir:
"Baxmayaraq ki, rəsmi Paris Avropa İttifaqına üzvdür, eyni zamanda NATO ölkəsidir, bununla belə özünü böyük güc hesab edir. Ümumiyyətlə, Fransa geopolitik olaraq, qlobal oynamağı sevən bir ölkədir. Liviyada, Suriyada, Afrikanın qərbində, Aralıq dənizində olduğu kimi, Cənubi Qafqazda da rəsmi Paris özünü lider ölkə kimi göstərməyə çalışır. Ancaq 44 günlükmüharibə zamanı Fransa sözün əsl mənasında siyasi səhvə yol verdi. Rəsmi Parisin ATƏT-in Minsk Qrupunun həmsədri olaraq neytrallığını pozması, Ermənistana açıq-aşkar dəstək verməsi, onun Cənubi Qafqazdakı mövqeyini də əsaslı surətdə sarsıtdı".
Turab Rzayev hesab edir ki, 44 günlük müharibə zamanı Fransanın atdığı yanlış addımlar bu gün onun regiondan kənarda qalmasına gətirib çıxarıb:
"Əvəzində Rusiya və yeni oyunçu olan Türkiyə Cənubi Qafqazda nüfuzunu artıra bildi. Xüsusilə Türkiyənin regionda təsirini bu qədər hiss etdirməsi Fransa üçün arzuolunan deyil. Ümumiyyətlə rəsmi Paris Ankaranın bir regionda bu qədər güclənməsini qəbul edə bilmir. Məhz buna görədir ki, bu gün Fransa rəsmi Bakı ilə münasibətləri normallaşdırmağa çalışır. Ancaq Fransanın ermənipərəst mövqeyini israr etməsi iki ölkə arasında münasibətlərin yenidən əvvəlki halına qayıtmasına ciddi maneədir”.
23:59 / 10 Noyabr 2026
1
23:57 / 10 Noyabr 2026
30
23:55 / 10 Noyabr 2026
87
23:53 / 10 Noyabr 2026
46
23:47 / 10 Noyabr 2026
1123
23:43 / 10 Noyabr 2026
74
23:39 / 10 Noyabr 2026
92
23:28 / 10 Noyabr 2026
277
23:27 / 10 Noyabr 2026
188
23:17 / 10 Noyabr 2026
582
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
90
22:58 / 10 Noyabr 2026
107
22:55 / 10 Noyabr 2026
106
22:35 / 10 Noyabr 2026
102
22:30 / 10 Noyabr 2026
282
22:27 / 10 Noyabr 2026
87
22:19 / 10 Noyabr 2026
105
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
584
21:51 / 10 Noyabr 2026
99
21:49 / 10 Noyabr 2026
230
21:46 / 10 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.