Qaynar xətt:

(+99450) 247 90 86

Pakistan kəşfiyyatının rəhbərinin Kabildə məxfi danışıqları: Pakistanla "Taliban" arasında ilk çat

Pakistan kəşfiyyatının rəhbərinin Kabildə məxfi danışıqları: Pakistanla \\\"Taliban\\\" arasında ilk çat

DÜNYA

1257

05.09.2021, 23:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistan İdarələrarası kəşfiyyatının (ISI) rəisi general Fayez Həmid sentyabrın 4-ü səhər tezdən "Taliban" rəhbərliyi ilə danışıqlar aparmaq üçün gözlənilmədən Kabilə gəlib. Səfərin təfərrüatları açıqlanmır, ancaq Pakistanın ən nüfuzlu şəxslərindən birinin taliblərlə dialoqunun heç də asan olmayacağı bəllidir.

OXU24.COM virtualaz.org-a istinadən bildirir ki, hamı taliblərin "Pakistanın layihəsi" olduqlarına dair formalaşmış rəyə o qədər öyrəşib ki, özlərinə bu sadə sualı da vermirlər: əgər elədirsə, bəs niyə İslamabad hələ də "Taliban"ı Əfqanıstanda yeganə qanuni hakimiyyət olaraq tanımayıb? Niyə ortada səfirlərlə mübadilə, taliblərin qələbəsi ilə bağlı hər iki tərəfin bəyanatları yoxdur?