Qaynar xətt:

(+99450) 247 90 86

Milli geyimlə 6400 metrlik zirvədə toy etdilər...- VİDEO - FOTO

DÜNYA

2633

01.09.2021, 18:48

Boliviyalı cütlük Conni Paçeko və Haydi Pako evlilik mərasimlərini Cənubi Amerikanın  And silsiləsinin ən yüksək dağı olan İlimanidə keçiriblər.

OXU24.COM moderator.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "TSN" telekanalı məlumat yayıb.

Qeyri-adi toyun dəniz səviyyəsindən 6400 metr yüksəklikdə baş verdiyi qeyd olunur.

Zirvəyə qalxmaq üçün sevgililərə 3 gün lazım olub. Ancaq bu, cütlüyün ənənəvi milli qiyafələrdə evlənməsinə mane olmayıb.

Lakin toyda çox qonaq iştirak etməyib. Yeni evlənənlərlə birlikdə qarlı dağ zirvəsinə yalnız mərasimin şahidləri və onlara xeyir-dua verən bir alpinist dostları qalxıb.