Qaynar xətt:

(+99450) 247 90 86

Gəlinlik geyinib binadan tullandı - VİDEO

Gəlinlik geyinib binadan tullandı - VİDEO

DÜNYA

1177

31.08.2021, 21:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Altay Respublikasının Rubtsovsk şəhərində qadın naməlum səbəbdən intihara cəhd edib.

OXU24.COM xarici mediaya istinadən xəbər verir ki, Marina adlı sakin gəlinlik paltarı geyinərək pəncərədən özünü yerə atıb.

Qonşuları onu fikrindən daşındırmağa çalışsa da, qadın buna məhəl qoymayıb. Şahidlərin sözlərinə görə, qadın xilasedicilərin onu saxlaya biləcəyinə ümid edib.

Lakin təhlükəsizlik tədbirləri özünü doğrultmayıb. Nəticədə Marina yerə çırpılaraq ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.