Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilərin növbəti vandallığı

Ermənilərin növbəti vandallığı

DÜNYA

1879

01.05.2021, 18:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrəvanda Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin abidəsi yandırılıb, bu barədə İnterfax agentliyi xəbər yayıb. 


"Alternativ İrəvan Bələdiyyəsi" ictimai təşkilatı Facebook səhifəsində abidənin fotolarını yerləşdirərək abidənin sökülməsi lazım olduğunu bildirib. 


 "Qandi ermənilərə nifrət edən  və Atatürkün  müttəfiqi olan birisi idi. Bu abidənin yıxılması üçün mübarizə aparacağıq. Onun abidəsinə Yerevanda yer yoxdur",  - deyə təşkilat bildirib. 


Abidə İrəvanda bu həftə şəhər meriyasının qərarı ilə qoyulub və  hücumlara məruz qalıb. 


Abidənin qoyulmasının əleyhinə çıxanlar Qandinin Osmanlı Türkiyəsində "erməni soyqırımı"nı inkar etdiyinə diqqət çəkir. Eyni zamanda, abidənin quraşdırılmasının tərəfdarları Qandinin qondarma  erməni soyqırımını tanımamasının həqiqət olmadığını bildiriblər.