Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya  Ukrayna ilə sərhədə ordu yeritdi  - ŞOK VİDEO

SON DƏQİQƏ! Rusiya  Ukrayna ilə sərhədə ordu yeritdi  - ŞOK VİDEO

DÜNYA

3705

01.04.2021, 22:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ordusu intensiv şəkildə Ukrayna ilə sərhədə qoşun qruplaşmaları cəmləşdirir.

Oxu24.com  xəbər verir ki, neçə gündür Rusiya mənbələri qatarlarla Ukrayna ilə sərhədə tərəf zirehli və digər hərbi texnikanın daşınmasına dair görüntülər yayır. Bu qüvvələr hansısa təlim adı altında cəmləşdirilir. Rusiya ordusu o cümlədən Krım körpüsü üzərindən yarımadaya böyük sayda hərbi qüvvə yeridib.

Ukrayna silahlı qüvvələrinin Baş komandanı, general Ruslan Xomçak bəyan edib ki, martın 30-na olan məlumata görə, ölkə sərhədləri boyu Rusiyanın 28 batalyon-taktiki qruplaması cəmləşdirilib və döyüşə tam hazır vəziyyətdə gözləyir. “Daha 25 batalyon-taktiki qruplaşmasının gətirilməsi gözlənilir”,-general bildirib.

Yaranmış vəziyyətlə bağlı Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı “davam edən təcavüzündən” narahatlıq ifadə edib. Martın 31-də ABŞ dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitri  Kuleba ilə telefonla danışıb. ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Mark Mili isə Rusiya və Ukraynanın silahlı qüvvələrinin Baş qərargah rəisləri Valeri Gerasimova və Ruslan Xomçaka zəng edib.

Dövlət Departamenti bildirir ki, Blinken “Rusiyanın davam etməkdə olan təcavüzü ilə üzləşmiş” Ukraynaya ABŞ-ın tam dəstəyini bir daha ifadə edib və şərqi Ukraynada yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıq bidlirib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kerbi deyib ki, Pentaqon Ukrayna hərbiyyəsinin Rusiya qoşunlarının sərhəd boyunca hərəkətləri barədə məlumatından xəbərdardır.

"Rusiyanın destablizasiyaya yönəlmiş  hərəkətləri ATƏT-in vasitəşiliyi ilə ötən ilin yayında əldə olunmuş sazişə uyğun olaraq de-eskalasiya niyyətlərini sarsıdır. Biz gərginliyin artması, atəşkəsin pozulması və NATO müttəfiqləri ilə regional gərginliklə bağlı narahtlığımızı müzakirə edirik”,-o bildirib.

ATƏT-in Ukraynadakı mülki Xüsusi Monitorinq Missiyası son günlərdə atəşkəsin yüzlərlə dəfə pozulmasını qeydə alıb. Tərəflər ağır silahlardan və arrtilleriyadan istifadə edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ruslan Xomçak martın 30-da Ukrayna parlamentində çıxışı zamanı onu da bildirib ki, ordu Donbassa irimiqyaslı hücum əməliyyatı üçün hazırdır. Onun sözlərinə görə, 100 minlik hərbi qruplaşma döyüş hazırlıqlarını tamamlayıb.

 

“Ukrayna Silahlı Qüvvələri bu gün müxtəlif variantlara hazırdır və əlbətdə, biz hücum etməyə hazırlaşırıq. Biz təlim bazaları yaradırıq, bizə bu işdə tərəfdaşlarımız kömək edir. Çünki başqa cür mümkün deyil. Əgər siz soruşsanız ki, bu gün biz hazırıqmı? Bəli, hazırıq. Nəticələri, qüvvələri, ehtiyat qüvvələri, dövlətin imkanlarını hesablamaq lazımdır. Riskləri qiymətləndirmək lazımdır. Əgər biz bu gün əlimizdə olanlarla vuruşsaq əlbətdə ki, hədəfə çatmaq üçün çox böyük şanslarımız var”,-Ruslan Xomçak deyib.

Analitiklər Donbassda irimiqyaslı hərbi əməliyyatların yaxın həftələrdə başlaya biləcəyinə dair əlamətlərin olduğunu deyirlər. Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı təcrübəsini öyrənib və Türkiyədən çoxsaylı 2Bayraktar TB2” zərbə pilotsuz təyyarələri alıb. O cümlədən ABŞ Ukrayna ordusuna dəstək verir.

 

 

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

83

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

86

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

179

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

83

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

93

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

112

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

91

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

155

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

100

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

110

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

102

0
Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

21:39 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

112

0