Ekvadorda sərnişin avtobusunun aşması nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Trend-in "El Comercio" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla səhər saatlarında, yolda güclü duman olan zaman baş verib. Avtobus ölkənin cənubunda yerləşən Kuenka şəhərindən Loxa şəhərinə gedirdi.
Məlumata əsasən, avtobusdakı sərnişinlərin çoxu Loxa şəhərinin kafedral kilsəsinə dini bayrama yollanan zəvvarlar olub. Oxu24.com
ŞƏRHLƏR