Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4929
az

İşdən çıxarılan icra başçısının ifadəsi alındı - Rüşvətə görə

13:0101 Sentyabr, 2018
1456
DÜNYA
  • A
 Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarov hüquq-mühafizə orqanında ifadə verib.

Oxu24.com  xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, "çirkli pulların yuyulmasında, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsində ittiham edilərək həbs edilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun cinayət işi ilə bağlı Ramiz Yediyarovun ifadəsi alınıb. İstintaqa ifadə verən Saleh Rüstəmov Gədəbəy rayonunda geniş ərazilərdə tikdirdiyi "Park" marketə, onun ikinci mərtəbəsində yerləşən - sahib olduğu şadlıq evinə və digər obyektlərinə görə Ramiz Yediyarova külli-miqdarda rüşvət verdiyini qeyd edib. AXCP fəalının bu ifadəsindən sonra Gədəbəy Rayonunun keçmiş icra başçısı Ramiz Yediyarov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılaraq, onun ifadəsi alınıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin olunan İbrahim Mustafayevi kollektivə təqdim edərkən bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinin Azərbaycana səfəri başladı -FOTO/VİDEO
Polis insanlara atəş açdı: Ölənlər var - FOTO
Ermənistana girişi qadağan edilən Zatulindən açıqlama - “Bu təhqirdir”

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb