Qaynar xətt:

(+99450) 247 90 86

Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edildi

Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edildi

DÜNYA

1215

18.02.2021, 23:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qatı millətçi mövqeyilə tanınan "Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edilib.

Bu barədə "RİA Novosti” Latviya XİN rəhbəri Edqar Rinkeviçin sosial şəbəkələrdəki bəyanatına əsasən məlumat verib.

Məlumata əsasən, jurnalist Latviya hökumətinin qərarından məhkəməyə şikayət etmək fikrindədir.

"İndi düşünmək lazımdır ki, kimi məhkəməyə verəsən, kiminlə çəkişəsən”, - deyə Solovyov bildirib. Jurnalist onun verilişinin Latviyada yayımlanmadığını da qeyd edib.